MƏNƏVİ SOYQIRIM... - Sonumuz necə olacaq?

 

Teleməkana nəzarət edən qurumlar buna göz yumursa, bəlkə narkobaronları, qadın alverçilərini elə həmin qurumlarda axtarmaq lazımdır?

Martın 31-də sosial şəbəkələrdə və bəzi internet saytlarında yayılan bir qrup şəxsin sərxoş vəziyyətdə əxlaqsızlığı təbliğ edən və cəmiyyətdə mövcud olan etik-davranış qaydalarına zidd hərəkətlərini özündə əks etdirən videogörüntü cəmiyyətdə böyük əks-səda doğurub. Videogörüntüdə rəqs edib oxuyan üç çılpaq qız və onlarla birgə olan iki kişi hüquq mühafizə orqanları tərəfindən saxlanıb və şəxsiyyətləri müəyyən edilib.

Məlum olub ki, çılpaq qızlarla videosu yayılan şəxslərdən biri Gəncə şəhər sakini, Moskvada meyvə-tərəvəz biznesi ilə məşqul olan Əliyev Səddam Qüdrət oğlu, digəri isə Kərimov Cahid Qismət oğludur.

İlkin olaraq bildirilirdi ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın "qəhrəmanı” Cahid Kərimov yeni aldığı "Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili "yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə isə iki rəfiqəsi ilə birgə həmin tədbirə qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər.

(O da məlum olub ki, Mətanət Əsədovanın məşhur "limon suyu" videosunu yayan şəxslə 3 qızın çılpaq videosunu yayan şəxs eyni adamdır. Söhbət Cahid Kərimovdan gedir. Qeyd edək ki, sözügedən videoda Mətanət Əsədova həmin şəxsə ata deyirdi).

Amma sonradan qızların həmin məclisə üçüncü şəxs tərəfindən yollandığı bəlli olub. Sözügedən qalmaqala görə saxlanılan həmin şəxs xalq artisti Mələkxanım Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun qardaşı Valeh İsrafilovdur. Cahid Kərimova müğənni olduqları iddia edilən qızları da məhz Valeh İsrafilov yollayıb.

Öz xoşları ilə iki yad kişi ilə eyş-işrət məclisində iştirak edən qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.

Çox təəssüf ki, son illər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən də paytaxtda dövlətimizin beynəlxalq aləmdəki imicinə, çoxəsrlik ailə mədəniyyətimizə, milli adət-ənənələrimizə ciddi zərbə vuran bu kimi yolverilməz olaylar çox tez-tez baş verir. Son vaxtlar gündəm yaradan məhz müxtəlif zümrələrdən olan (yeniyetmələrdən tutmuş, yetkin insanlara qədər) ölkə vətəndaşlarının qeyri-etik, əxlaqdan uzaq hərəkətləri, ailə-məişət zəminində baş verən cinayət hadisələridir.

Cəmiyyətin mənəvi aşınması göz önündədir. Ən acınacaqlısı isə odur ki, bu proses getdikcə qarşısıalınmaz və idarəolunmaz hal alır.

Bəs bunun kökünü harda axtarmaq lazımdır? Ölkədə fəaliyyət göstərən müxtəlif telekanalların şou xarakterli rüsvayçı verilişlərinə tamaşa etdikcə bunun məqsədyönlü siyasət olduğu qənaətinə gəlirsən.

Teleməkanı zəbt edən yarıçılpaq müğənnilər, rəqqasələr, cinsiyyəti bilinməyən aparıcılar, bayağı teleseriallarla zövqləri, düşüncələri korlayan üzdəniraq sənət adamları - bütün bunlar nəyə hesablanıb, görəsən?

Bəs bu ölkədə fəaliyyət göstərən Milli Televiziya və Radio Şurasının vəzifəsi nədən ibarətdir? Cəmiyyətdəki naqisliklərə göz yummayan, sözünü deməkdən çəkinməyən əsl sənət adamlarını efirdən uzaqlaşdırmaq, bədii filmlərdəki sevgi səhnələrini kəsib götürməklə guya mənəvi aşınmanın qarşısını almaqdırmı şanlı şuranın vəzifəsi?

Bəs şura efirdə bir-birinin belinə çıxan, bir-birini ən axırıncı sözlərlə təhqir edən, qara yaxan, "sənətçilər”i, səviyyəsiz flmlərdəki ara danışıqlarını, söyüşləri nədən görməzdən gəlir?

Bir də, ən maraqlısı, işsizliyin baş alib getdiyi, ali təhsilli, yüksək ixtisaslı mütəxəssislərin qəpik-quruşa işlədiyi bir ölkədə adını belə düzgün yaza bilməyən şou-biznes nümayəndələrinin bu qədər pulu, var-dövləti hardandı, görəsən?

Efirə çıxmaqla, konsertlərdə iştirak etməklə, toy aparmaqla milyonlara sahib olurlar, villalar, bağlar tikdirirlər, bir bahalı maşından enib digərinə minirlər, dünyanı gəzirlər, plastik əməliyyatlar etdirirlər, daş-qaş içində üzürlər? Yəni, bu kiməsə inandırıcı görünə bilər?

Bir də ki, şou-biznes nümayəndələrinin əksəriyyətinin adı dəfələrlə narkobiznes və qadın alverində hallandırılıb. Məsələn, sevgililəri "qanuni oğru” olan müğənnilərin adları da hər kəsə bəllidir.

Amma hansısa səbəbdən həmin ünlülər məsuliyyətə cəlb olunmaq əvəzinə, xəcalət çəkmədən efirlərdən xalqa əxlaq dərsi keçir, əməlləri ilə isə əxlaqsızlığı təbliğ edir.

Teleməkana nəzarət edən qurumlar buna göz yumursa, bəlkə narkobaronları, qadın alverçilərini elə həmin qurumlarda axtarmaq lazımdır?

Göründüyü kimi, suallar çoxdu, cavab isə yoxdur.

Sonucda zərər çəkənsə yenə sadə xalq, ən başlıcası isə övladlarımızdır. Bizcə bu haqda düşünməyə dəyər...

Hazırladı: TOMRİS



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}