SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

 

 Aprelin 3-də Sumqayıt Dövlət Universitetinin Heydər Əliyev Mərkəzində "Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusuna həsr edilmiş dəyirmi masa keçirildi.Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Millət vəkilləri Əli Məsimli, Tahir Mirkişili, Rüfət Quliyev,YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və universitetin professor-müəllim, tələbə heyəti iştirak etdilər.Universitetinin rektoru professor Elxan Hüseynov qonaqları salamladı, universitetimizdə görməkdən məmnunluğunu ifadə etdi. Bildirdi ki, hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, vətəndaşların sosial rifah halını daim yaxşılaşdırmaqdan ibarətdir. Bünövrəsi ümummilli lider HeydərƏliyev tərəfindən qoyulan, onun ideyalarını davam etdirən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev dövlət quruculuğunun əsas istiqamətlərindən bəhs edərək demişdir: "Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, çevik xarici siyasət, Azərbaycanın maraqlarının qorunması və möhkəmləndirilməsi dövlət quruculuğunun əsas istiqamətləridir”. Sosial rifah dövlət quruculuğunun başlıca şərti əhalinin sosial rifah halını yüksək səviyyəyə çatdırmaq, yüksək sosial-iqtisadi inkişafa nail olmaqdır. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması istiqamətində aparılan işlər Azərbaycan dövlətinin prioritetlərindəndir. Ölkə başçısının siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayanır. Bu ilin əvvəlindən əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində fərman və sərəncamlar imzalanıb. Bunların hamısı insanların sosial həyatının yaxşılaşdırılması əsas hədəf seçilib və vətəndaş məmnunluğunun artırılmasına yönəldilib. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər Prezident cənab İlham Əliyev tərəfindən təqdim edilən böyük sosial paketin tərkib hissəsidir. Həyata keçirilən islahatlar sosialyönümlülük və humanizm prinsiplərinə əsaslanır. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Millət vəkilləri Əli Məsimli, Tahir Mirkişili, Rüfət Quliyev,YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Hüseynov, İqtisadi  və  Sosial  İnkişaf  Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov, universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Aynurə Yəhyayeva mövzu ətrafında çıxış edərək bildirdilər ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və siyasi sahədə həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərtərəfli inkişafı üçün böyük imkanlar və yeni-yeni perspektivlər açır. Azərbaycanda iqtisadi inkişafın yeni mərhələsi qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, yoxsulluq səviyyəsinin azaldılması, çoxsaylı iş yerlərinin açılması ilə xarakterizə olunur. Eyni zamanda, regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə infrastruktur obyektlərimiz modernləşdirilir. Xidmət, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti davamlı xarakter daşıyır. Heç şübhəsiz, Azərbaycanın bugünkü inkişafı güclü iqtisadiyyata malik ölkələr sırasına daxil edib.Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusuna həsr

edilmiş dəyirmi masa müzakirələrlə davam etdirildi.

 

 

SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

 SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

SDU-da “Sosial rifah və ədalət prinsipi dövlət siyasətinin strateji xəttidir” mövzusunda dəyirmi masa keçirildi

 


 


 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}