"Rüşvət alır" iddiasına "seçkidə pozğunluq edirdi" CAVABI - DAHA BİR DİREKTOR-MÜƏLLİM QALMAQALI

"Rüşvət alır" iddiasına "seçkidə pozğunluq edirdi" CAVABI - DAHA BİR DİREKTOR-MÜƏLLİM QALMAQALI

 

Qazax rayonu Ağköynək kənd orta məktəbinin müəllimi Rəhimova Səlminaz Məmməd qızı "Ölkə.Az"ın redaksiyasına şikayət məktubu göndərib. Məktubda sözügedən məktəbin direktoru Səfurə Rəhimovanın rüşvət alması və digər məsələlər iddia edilir:

"Mənim şikayətim Qazax rayonu, Ağköynək kəndi Ş.Çobanov adına orta ümumtəhsil məktəbində, həmin məktəbin direktoru Səfurə Rəhimovadandır. Belə ki, bu məktəbdə rüşvət alınır və bir sıra qeyri-qanuni əməllərə yol verilir. Həmin məktəbdə Azərbaycan Respublikasında olmayan, Rusiya Federasiyanda olan Mustafayeva Ləman Ruslan qızına( 2016-2017-ci dədris ilində 6a sinifi) və Mustafayev Şamil Ruslan oğluna (2016-2017-ci dədris ilində 8 c sinifi) sinif jurnalında çoxsaylı qayıblar yazılmasına baxmayaraq, sinif jurnalının arxasında növbəti yuxarı sinifə keçirilməsi barədə qeyd olmadığı halda, direktor qanunsuz olaraq, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, həmin şagirdləri növbəti yuxarı siniflərə keçirtmiş və həmin siniflərdə tədris alması üçün müəllimlərə təzyiqlər etmişdir".

Səlminaz Rəhimovanın sözlərinə görə, direktor ona da təzyiq edib:

"Mənə də təzyiqlər etsə də mən həmin uşağı yuxarı sinifə keçirməmişəm. Amma direktor həmin şagirdləri heç bir Şuranın qərarı olmadan yuxarı siniflərə keçirdib. Bundan başqa, Səfurə Rəhimova gəlini Nəsibova Leyla Şamil qızı və oğlu Anar ilə birlikdə müştərək qaydada iş quraraq, külli miqdarda rüşvət verərək, indiyə kimi heç bir xarici dövlətə getməməsinə baxmayaraq, Rusiya Federasiyasının Rostov Nadanu Humanitar Universitetinin "linqvistika” ixtisası üzrə saxta diplom və Azərbaycan Beynəlxalq Universitetindən "ingilis dili " üzrə saxta bakalavr diplomu almışlar heç bir dövlət nümunəli ali təhsil sənədi olmadan və Azərbaycan Respublikası Tələbə Qəbulu Dövlət Komissiyasının elan etdiyi imtahanlarda iştirak etmədiyi və yərli bal toplamadığı halda 15.09.2006-cı ildə Səfurə Rəhimova Nəsibova Leyla Şamil qızı barəsində Qazax rayonu, Ş.Çobanov adına tam orta məktəbində müəllim kimi işləməsi üçün 3Q0EVAG000100 nömrəli əmr vermişdir. Həmin saxta əmrlə bu müqtəşəkkil dəstə 15.09.2006-cı il tarixdən qanunsuz yollarla aylıq ayrı-ayrı məbləğlərdə vəsait almış və həmin dövlətin vəsaitini mənimsəmişlər və dövlətə külli miqdarda ziyan vurmuşlar. Bu son dərəcə təhlükəli və hiyləgər mütəşəkkil dəstə istədikləri vaxt saxta sənədlər əldə edib, həyata keçirməyə çalışırlar və 12 illik müvəffəqiyyətləri vardır. Ancaq, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin sonuncu müəllimlərin diaqnostik qiymətləndirilməsi imtahanına L.Ş.Nəsibovanın dövlət nümunəli ali təhsil diplomu olmadığına və Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) ali təhsil diplomu olmadığına görə imtahana buraxılmadı və iştirakı təsdiq olunmamışdır".

Səlminaz Rəhimovanın iddiasına görə, Səfurə Rəhimovanın qanun pozuntuları təkcə bunlarla bitmir. Belə ki, S.Rəhimova dərs bölgüsündə qanunsuzluqlar edir, fərdi və fakultətiv jurnallarının başqa şəxslərin adı ilə özü yazıb, pulları mənimsəmiş və mənimsəməkdə də davam edir:

"Hesab edirəm ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən, Ş.Çobanov adına Ağköynək kənd orta ümumtəhsil məktəbinin direktoru Səfurə Rəhimovanın( AR CM 179, 313,314-cü və digər maddələri) , Nəsibova Leyla Şamil qızının (AR CM 320-ci maddəsi və digər maddələr) əməllərində cinayətin əlamətləri vardır. Mən şəxsən Səfurə Rəhimovadan bu qanunsuzluqlarına son qoymasını və Azərbaycan Dövlətinə layiqincə və vicdanla qulluq etməli olduğunu xatırladanda həmin məktəbin ibtidai sinif müəlliməsi Səadət Xəlilovanı və məktəbdə xadimə işləyən Aynurə Nəsibovanı mənim üzərimə göndərmiş və məni təhqir etmişlər. Ancaq, sonda guya mənim təhqir etməyim kimi saxta akt yazdırmağa çalışmışdır. Səadət Xəlilovanın bu çirkin oyuna getməsinin səbəbi Səfurə Rəhimovanın şəxsi imkanlari və qanunsuz yollarla Səadət Xəlilovaya "ƏN YAXŞI MÜƏLLİM” müsabiqəsində qalib edəcəyini vəd etməsi olmuşdur. Bundan başqa, mənim öyrəndiyimə görə Rəhimova Səfurə Firudin qızı qanunsuz olaraq və saxta yollarla öz yaşını 3(üç) il azaltdıraraq, daha çox işləməsi üçün qanunsuz zəmin yaratmışdır".

Səlminaz Rəhimova ərizənin sonunda direktorun gəlini barədə bunları qeyd edib:

"Cinayət faktları təkcə bunlarla yekunlaşmır və digər faktları verəcəyim izahatımda qeyd edəcəyəm. Səfurə Rəhimova dövlət əhəmiyyətli cinayətləri təkbaşına etməmişdir. Onun gəlini Leyla Nəsibovaya 6 saylı regional Mühasibatlıq İdarəsi aylıq əmək haqqı ödəyəndə nə üçün ali təhsil sənədi tələb etmirdilər və qanuni tədbir görmürdülər?"

Əməkdaşımız Səlminaz Rəhimovanın məktubda qeyd etdiyi iddialarla bağlı direktor Səfurə Rəhimova ilə əlaqə saxlayıb. Direktor

"Bu adam bizi prokurorluğa şikayət etdi, Təhsil Nazirliyinə məktub göndərdi, araşdırıldı və heç bir fakt ortaya çıxmadı. Rusiyada olan şagirdlərlə bağlı deyim ki, o iki uşaq həkimdən kağız alıblar. Hər ikisində allergik xəstəlik var. İki aydan sonra da dərsə qayıdıblar. Həmin Səlminaz öz də qiymət yazıb. Mən o uşağı necə sinifdən sinfə keçirməyə bilərəm? Hər ikisi əlaçıdırlar. Onların getməyi barədə rayon təhsil şöbəsinə də məlumat vermişəm. İki aya görə yaxşı oxuyan uşaq sinifdə qala bilərmi? Bu dediklərimi özbaşına etməmişəm ki".

Direktor müəllimin dərs bölgüsü ilə bağlı fikirlərinə də münasibət bildirib:

"Otuz iki ildir direktor işləyirəm, hələ dərs bölgümdə bir dənə qanunsuzluq olmayıb. Son üç ildə isə dərs bölgüsünü mühasib, baş mühasib yoxlayır. Kiməsə bir saat artıq dərs verə bilməzsən. Axı buna təhsil şöbəsi də baxır. Səlminaz deyir ki, yaşımı azaltmışam. İndi doğum haqqında şəhadətnaməmi göndərim, siz də baxın. 1951-ci ildənəm. Məgər yaşı azaltmaq asandırmı? Bacım da 1948-ci ildəndir. Valideynlərim onun valideynləri kimi uşaqları on il əvvəldən hazırlamayıb".

Səfurə Rəhimova gəlini barədə yazılanlardan da danışıb:

"Gəlinimin sənədi var. Rusiyada oxuyub, sonradan 2003-cü ildə onu Azərbaycan Beynəlxalq Universitetinin qiyabi şöbəsinə qəbul elətdirmişəm. 2006-ci ildə altı saat dərsi də bir illik müvəqqəti götürmüşəm. 2008-ci ildə isə universiteti bitirib. Onun nələr yaza biləcəyindən xəbərdaram. Bütün rayon onun əlindən bezib. Özüm on il Dairə Seçki Komissiyasının sədri olmuşam. Seçkilərdə məntəqələrdə pozğunluq etdiyinin canlı şahidiyəm. Başıma elə oyunlar açırdı ki. Mən dövlət üçün canımı qoymuşam. 1994-cü ildə "Cavanşir" restoranında OMON-çu Elçin Əmiraslanovun ayaqlarına yaylığımı atmışam. Ondan sonra Elçin dayanıb. Mən belə qadın olmuşam. Qaxandan yeganə təhsil işçisiyəm ki, "Tərəqqi" medalı almışam. Bələdiyyə seçkilərində namizəd olub, heç kim ona səs vermədi. Onun əri Oruc bir arvadı Ağstafada saxlayır, birini də Qazaxda. Özü də əlinə bir jurnalist kartı alıb qoyub, bütün idarələrdən rüşvət alır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}