Arxangelskidə “Azərbaycan” Ticarət Evi lahiyəsinin təqdimatı keçrilib.

Arxangelskidə “Azərbaycan” Ticarət Evi  lahiyəsinin təqdimatı keçrilib.

Bu günlərdə  Russiya Federasiyasının şimal regionlarından biri Arxangelsk şəhərində "Azərbaycan” Ticarət Evi lahiyəsinin təqdimat keçrilib.  Mərasimdə   Azərbaycan Respublikasının Russyadakı Ticarət Nümayəndəliyinin əməkdaşları ilə yerli ticarət sektorunun nümayəndəlri arasında işgüzar görüş keçrilib. Görüşdə Arxangelski vilayət  hökumətinin ticarət və kənd təsərrüfatı nazirinin müavini Elena Qovorova, Azərbaycanın Russiyadakı Ticarət Nümayəndəliyinin aparatının baş mütəxəssisi Namiq Xəlilov iştirak edib. Arxangelsk vilayəti ilə Azərbaycan arasındakı tarixi dostluq əlaqələrindən danışan E.Qovorova, son illər iki tərəfli əlaqələrin intensivləşdiyini bildirmişdir.  Bununla yanaşı  müxtəlif ticarət şəbəkələrində  Azərbaycandan olan məhsullar mövcud olmasına baxmayaraq,  bəzi ticarət obyektlərində  bu məhsulların  çeşidlərinin azlıq təşkil etdiyini qeyd etmişdir. Namiq Xəlilov isə Heydər Əliyev Fondunun və Azərbaycanın Russiyadakı səfirliyinin təşəbüsü ilə  keçrilən bu lahiyə çərçivəsində  Moskvada, Sankt-Peterburqda, Yekaterinburqda, Yaroslavlda, Novosibirskdə, Krasnoyarskda, Ufada "Azərbaycanın hədiyyələri" adlı konseptual mağazaların  artıq açıldığını bildirmişdi.  O Ticarət Nümayəndəliyinin Russiyanın milyonçu şəhərləri  ilə əlaqə qurulmasının çətin olduğunu bildirməklə  yanaşı bu şəhərlərdə Azərbaycan şərabları, mürəbbələri, çay məhsulları,  kompotları, quru meyvələri, fındıqları, meyvə və  tərəvəzlərinin satışı  üzrə ticarət mərkəzlərində firma mağazalarının və ya şöbələrinin  açmaq qüvvəsində olduğunu qeyd etmişdir.  Layihənin müzakirəsində və onun Arxangelsk vilayətində həyata keçirilməsinin mümkünlüyünün müzakirəsində "Arxangelsk vilayətində Azərbaycan diasporu" nın sədri Tərlan Qasımovla  yanaşı şəhərin Mərkəzi bazarının, regional ticarət şəbəkələrinin rəhbərləri və fərdi sahibkarlar iştirak etmişlər.

"Yeni Sözçü” qəzeti

 

Arxangelskidə “Azərbaycan” Ticarət Evi  lahiyəsinin təqdimatı keçrilib.

Arxangelskidə “Azərbaycan” Ticarət Evi  lahiyəsinin təqdimatı keçrilib.

 


 

   



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}