Köhnə Bakı haqqında kitab Arxangelskidə Dobrolyubov adına kitabxanaya hədiyyə olunub

       

   Köhnə Bakı haqqında  kitab Arxangelskidə  Dobrolyubov adına kitabxanaya  hədiyyə olunub

 

 Russiya Federasiyasının Arxangelsk vilayətində Azərbaycanla bağlı müxtəlif səpkili tədbirlər keçirilir.  Bu tədbirlərdən biridə bu günlər  Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın sədri Tərlan Qasımovun  təşəbüsü ilə Dobrolyubov adına  kitabxanada baş tutub. Yəni  Azərbaycan diaspor regional təşkilatın təşəbüsü ilə hazırlanan kitablar  Azərbaycan diasporunun nümayəndələri tərəfindən Dobrolyubov adına kitabxanaya  təqdim olunub. Bakının tarixi mədəniyyət abidələrindən olan  İçərişəhərə həsir olunmuş  250 səhfəlik nadir kitab Bakı qalası "İçəri şəhər" adlanır. Orada əvvəllər nəşir olunmamış məlumatlarla  yanaşı  İşərişəhərin tarixi abidələri barədə  nadir şəkillər yerləşdirilib. Təqdimatda iştirak edənlər arasında  kitabın müəlliflərindən biri, "Sankt-Peterburq Azərbaycan Diasporu”  regional ictimai təşkilatın icraçı direktoru  Fuad  İbrahimovda vardı. Onun dediklərinə görə kitabda  son illər elm adamlarının  arxeoloji qazıntılar zamanı əldə etdiyi  materiallar toplanmışdır ki, bu da gələcəkdə Bakı qalasına səfər edən hər bir turist üçün yol kitabı ola bilər. Çünki  kitabda  İçəri Şəhərdə yerləşən tarixi memarlıq  abidələrinin hər biri barədə geniş məlumat toplanıb.  Qoruq ərazisində yerləşən bütün tarixi-memarlıq abidələri – məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri, muzeylər barədə ətraflı məlumat verilir.  F. İbrahimovun dediklərinə görə, belə bir kitabıb hazırlanmasında əsas məqsəd,  Bakı qalası İcəri Şəhərin  rusdilli oxuculara  tanıdılması  və hər bir insana  bu qədim tarixi  şəhərə xoş gəlmisiniz deməkdir.  Arxangelski şəhərində Azərbaycan diasporu regional ictimai təşkilatın sədri Tərlan Qasımovun verdiyi məlumata görə   bu kitab bu günə kimi Kareliya Respublikasının mərkəzi kitabxanasına, Moskva və Sankt-Peterburq,  Novqorod,  Xabarovski  vilayət və şəhər  kitabxanalarının indi isə Dobrolyubov adına kitabxanasının rəflərində yerləşdirilib.  Qrum rəhbərinin dediklərinə görə Azərbaycandan kənarda belə bir tədbirlərin keçrilməsində  əsas məqsəd böyüməkdə olan gənc nəslə adət-ənənələmizi aşılamaqdır. Belə tədbirlərlə biz milli-mənəvi dəyərlərimizi bir daha onlara əyani şəkildə göstəririk.

 

A.Məmmədli

 

Sozcu.info

 

     



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}