Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR

Bakıda HƏYƏCANLI ANLAR - Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR

 

Bakının Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi 26-da 9 mərtəbəli yaşayış binasının yaxınlığında əl qumbarası tapılıb.

Hazırda hadisə yerinə Binəqədi rayon Polis İdarəsinin, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) əməkdaşları gəlib.

Mütəxəssislər tərəfindən yuxarıda adı qeyd olunmuş ərazidə hazırda baxış keçirilir, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd əl qumbarası aşkar olunub.

Hazırda qumbaranın zərərsizləşdirilməsi üçün sözügedən qurumların əməkdaşları iş aparır.

Hadisə yerindən verilən məlumata görə, qumbara ağacın dibinə basdırılıb. Vətəndaşlardan biri bunu aşkar etdiyi üçün, polisə məlumat verib. Hazırda qumbaranın kim və nə vaxt həmin əraziyə basdırıldığı istiqamətində araşdırma aparılır./unikal.org/

Bakıda HƏYƏCANLI ANLAR -Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLARBakıda HƏYƏCANLI ANLAR -Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLARBakıda HƏYƏCANLI ANLAR -Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLARBakıda HƏYƏCANLI ANLAR -Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLARBakıda HƏYƏCANLI ANLAR -Yaşayış binasının yaxınlığında qumbara tapıldı - FOTOLAR



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}