"Məzarlıqlar vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır" - Komitə sədri

"Məzarlıqlar vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır" - Komitə sədri

 

"Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin üzərinə düşən səlahiyyət həmin məzarlıqların reyestrini aparmaqdan ibarətdir".


Sozcu.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir: "Yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər. O cümlədən vəfat eləmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir".

Komitə sədri bildirib ki, bəzən mətbuatda məzarlıqlarla bağlı nə məsələ olursa, buna görə Komitəyə müraciət edirlər: "Ümumiyyətlə harada din sözü varsa, bununla bağlı bizim Komitəyə müraciət edirlər. Amma məzarlıqlar yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən yox, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır. Biz reyestr xidmətini həyata keçirsək də, vətəndaşların müraciətlərini həmin ərazinin bələdiyyələrinə və müvafiq qurumlarına çatdırırıq".

Xatırladaq ki, ötən ilin dekabrında Nazirlər Kabineti tərəfindən təsdiqlənən "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nda qəbiristanlıqların salınması və idarə olunması qaydaları təsdiq edilib. Qərara əsasən, bundan sonra qəbiristanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək. Bu qaydaların tələbləri Fəxri xiyabanlarda, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarda aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir. /apa/


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}