“WhatsApp”, “Telegram” və “Gmail”dən yazışmanı ələ keçirənyeni üsul tapılıb

“WhatsApp”, “Telegram” və “Gmail”dən yazışmanı ələ keçirənyeni üsul tapılıb

 

ABŞ-ın Perdyu Universitetinin tədqiqatçıları tərəfindən "Android” sistemi ilə işləyən smartfonlar üçün hazırlanmış mobil proqram qurğu sahibinin son bir neçə saat və ya gündə nə barədə yazışdığını, kiminlə ünsiyyət saxladığını, internetdə nə axtardığını öyrənməyə imkan verir. Proqramın yaradıcıları bu üsulun kriminalistlərə faydalı olacağını düşünürlər. Proqramın hazırlanmasına 9 ay vaxt sərf olunub.

AZƏRTAC "cnews.ru” saytına istinadən xəbər verir ki, mobil proqram "RetroScope” adlandırılıb. Proqramın iş prinsipi qrafik kontrollerin köməyi ilə smartfonun ekranına çıxarılmış son təsvirlərin surətini əməli yaddaşdan əldə etməkdir.

"Android” mobil əməliyyat sisteminin yaradıcısı "Google” korporasiyası son təsvirlərin surətinin əməli yaddaşından silinməsini nəzərdə tutmadığından belə mobil proqram yaratmaq mümkün olub. Alimlərin fikrincə, son təsvirlərin yaddaşda saxlanılması nəticəsində bağlanmış proqramı yenidən işə saldıqda interfeys daha sürətlə açılır.

Proqramın yaradıcıları sınaq zamanı "Gmail”, "Skype”, "WeChat”, "WhatsApp”, "TextSecure”, "Telegram” daxil olmaqla 15 müxtəlif mobil proqramda 3-dən 11-dək olan son təsvirləri ələ keçirə biliblər. Tədqiqatçılar bildirirlər ki, bu informasiyanı silməyin yeganə üsulu smartfonu yenidən yükləmək və ya söndürüb yenidən işə salmaqdır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}