Dərbəndə məşhur Azərbaycan şairi Qumri Dərbəndinin 200 illik yubileyi qeyd olunub-FOTO

       

Dərbəndə məşhur Azərbaycan şairi Qumri Dərbəndinin 200 illik yubileyi qeyd olunub-FOTO

 

Bu günlər qədim Dərbənd şəhərində məşhur Azərbaycan şairi Qumru Dərbəndinin 200 illiyinə həsir olunmuş təntənəli tədbir keçrilmişdir. Tədbirdə Dərbənd şəhər administrasiyasının nümayəndəsi, deputatlar, Azərbaycan Dövlət Dram Teatrının rəhbərliyi və kollektivi, Azərbaycandan gəlmiş qonaqlar, şəhər sakinləri, dini və ictimai təşkilatların nümayəndələri və şairlər iştirak etmişlər. Yubley tədbirində çıxış edənlər şərq ədəbiyyatı sahəsində dərin biliklərə malik Qumru Dərbəndinin yaradıçılığından  və müair Dağıstan poeziyasına onun təsirindən danışmışlar. Dağıstan Respublikasının əməkdar artisti Məhərrəm Ömərov Qumri Darbandinin şeirlərini musiqi müşayiətilə oxumuşdur. Azərbaycandan gələn dini musiqi qrupu bütün gecəni dərbəndliləri gözəl mahnılarla sevindirmişlər.Xatırladaq ki, XVIII-XIX əsrin dini poeziyanın parlaq nümayəndələrindən olan Qumri Dərbəndi 1819-ci ildə Dərbənd şəhərində anadan olub. O, Şərq ədəbiyyatı sahəsində dərin biliklərə malik olmaqla yanaşı ərəb, fars, rus dillərini mükəmməl bilmişdir. Qumri öz dövrünün fars və azərbaycan dilində yazan ən məşhur şairlərdən biridir. Qumri Darbandinin şeirləri Dağıstanda fars poeziyasının özünəməxsus salnaməsidir.

 A.Məmmədli,

 "Yeni Sözcü”

 

Dərbəndə məşhur Azərbaycan şairi Qumri Dərbəndinin 200 illik yubileyi qeyd olunub-FOTO

 


 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}