Marqarita Simonyan rusdilli mətbuatda, erməni monopoliyasını yaradıb

  

Marqarita Simonyan rusdilli mətbuatda, erməni monopoliyasını yaradıb

 

 

 

Bu gün Rusiyanın informasiya məkanında paradoksal bir vəziyyət yaranıb. Yəni bütün reytinqli KİV-r, özünü "rus vətənpərvərləri" kimi göstərən erməni lobbisinin nəzarətindədir. Rusiya Federasiyasının dövlət mətbuatı da daxil olmaqla. Elə buna görə də, Rusiyada  dövlətin informasiya siyasətini erməni təbliğatçıları müəyyən edirlər. Bununla yanaşı, Rusiyada "ermənipərəst təbliğatın əsas carçısı” Marqarita Simonyanın rəhbərlik etdiyi Federal Dövlət Unitar Müəssisələri "Rosiya bu gün” və "Sputnik”  Beynəlxalq İnformasiya Agentlikləri olaraq qalır. Çünki bu informasiya agentlikləri "qədim əzabkeş xalq"ın maraqlarını həmişə açıq və aqressiv şəkildə müdafiyə edirlər. Bundan başqa, Marqarita Simonyan kremlin başqa bir erməni təbliğat mərkəzi olan Rasiya Today Beynəlxalq İnformasiya Telekanalına da rəhbərlik edir. Təbii ki, rusdilli vətəndaşların "beyinlərini dolduran" erməni təbliğatçıları istənilən "alternativ" informasiya resurslarının yaranmasına çox qısqanc yanaşırlar. Xüsusilə də əgər həmin mətbuat orqanının arxasında dövlət duracaqsa.

    Elə bu günlərdə Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin yaxın tərəfdaşlarından biri Kirill Timoşenkonun, Ukraynada " həm ukraynalıların beyni, həm də rusiyalıların beyni uğrunda” mübarizə aparacaq rus dillində yayımlanan telekanalın yaradılacağı barədə acıqlaması, rusiyanın erməni lobisini təşvişə salmışdır. Onları təşvişə salan məsələ isə həmin kanalın dövlət kanalı olacağıdır. Bu isə o deməkdir ki, Ukrayna, Rusiyadan nə qədər yoxsul olsa da, gələcəkdə bu informasiya kanalının maliyyələşdirilməsi ilə bağlı problem olmayacaqdır. Hazırkı Ukrayna rəhbərlərinə müxtəlif cür yanaşmaq olar. Lakin onu qeyd etmək lazımdır ki, Ukraynada "total erməni informasiya zorakılığı" Rusiyada olduğundan bir qədər zəifdir. Baxmayaraq ki, Ukraynanın DİN-nə  beş ildir ki, erməni əsilli Arsen Avakov rəhbərlik edir. Amma  yaxın günlərdə onun istefaya göndəriləcəyi barədə şayiələr yayılır. Bu gün Ukraynanın ən başlıca reallığı odur ki, dövlətin əsas KİV-ləri erməni lobbisinin nəzarətindən kənardır.

Əgər bu telekanal Rusiyaya "yayımlanarsa", onda onun vasitəsi ilə ruslara, erməni təbliğatçılarının  vermək istəmədikləri məlumatları çatdırmaq mümkün olacaqdır. O cümlədən, Qarabağın həqiqətən Azərbaycanın işğal olunmuş ərazisi olduğunu və 1 milyondan artıq yerli əhalinin qanunsuz olaraq qovulduğunu.  O cümlədən erməni intriqaları nəticəsində MDB dövlətlərinin ərazisində yaranmış problemlər sırasında Ukraynanın ərazi bütövlüyü problemini  də daxil etmək olar. Buna görə də, Marqarita Simonyan dərhal, kifayət qədər əsəbi şəkildə, Kiyevdə hökumət tərəfindən rusdilli kanalın yaradılmasına öz münasibətini bildirmişdir. Özüdə qeyri-səmimi istehza ilə Ukraynaya qarşı etinasızlıq göstərmişdir.

   Marqarita Simonyana xatırlatmaq yerinə düşər ki, onun sevimli Ermənistanı bü gün Ukraynadan daha yoxsul və daha pis vəziyyətdədir. O, özgə torpağına göz tikdiyinə görə faktiki olaraq blokadadadır. Bir də gec-tez nə vaxtsa Ermənistan tərəfindən Qarabağın işğalına son qoyulacağı ilə yanaşı, erməni təbliğatçılarının Rusiya informasiya məkanının işğalına da son qoyulacaq. Ukraynanın yaradacağı yeni rusdilli kanalı isə, yaxın vaxtlarda informasiya məkanında yaranmış boşluğu dolduracaq. Yəqin elə buna görə də Marqarita Simonyan və digər erməni təbliğatçıları gələcək rəqiblərinə qarşı belə əsəbi-qısqanc münasibət göstərlər. Özü də erməni millətçilərinin "ən yaxşı ənənələri" ilə – Ukraynanı bir dövlət kimi alçaltmaqla.

 

 A.Məmmədli,

"Yeni Sözcü” qəzeti

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}