“Sədərək”də malları yanan sahibkarların - SİYAHISI

“Sədərək”də malları yanan sahibkarların - SİYAHISI

 

Ötən gün "Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğından zərər çəkən sahibkarların adı açıqlanıb.

Sozcu.info  xəbər verir ki, hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, saat 16:30 radələrində başlayan yanğın "Sədərək” Ticarət Mərkəzində Bakı şəhər sakinləri 1970-ci il təvəllüdlü Ağa Ağali oğlu Abbasova məxsus parfümeriya, oyuncaq, 1985-ci il təvəllüdlü Rasim Arif oğlu Ələkbərova məxsus oyuncaq, yuyucu mayelər, 1984-cü il təvəllüdlü Xəyal Gülməmməd oğlu Söhbətova məxsus alışqan, onları doldurmaq üçün qaz balonları saxlanılan anbarda baş verib.

Ümumilikdə sahəsi 2 min kv.m olan anbarın 300 kv.m-i yanıb.

Hadisə nəticəsində Fövqalədə Hallar Nazirliyinin əməkdaşları Zeynalov Mirqaməd Nəsib oğlu - 35 yaş, Nəbiyev Vüsal Kərim oğlu - 33 yaş, Hüseynqulu Sənan Teymur oğlu - 26 yaş, Kərimov Anar Şamil oğlu - 34 yaş, Şahpələngov Cahid Tərlan oğlu - 30 yaş, Həsənli Ruslan Həsən oğlu - 25 yaş, Əmənov Elnur Əmrah oğlu - 24 yaş və 1993-cü il təvəllüdlü Yusif Natiq oğlu Aslanov tüstüdən zəhərlənib.

Bundan başqa, ərazi üzrə rayon Polis İdarəsinin əməkdaşları olan 1993-cü il təvəllüdlü Namiq Natiq oğlu Daşdəmirov, 1993-cü il təvəllüdlü Hilal Mehman oğlu Hacızadə, 1989-cu il təvəllüdlü Xətai Xanış oğlu Məhəmmədov və 1986-cı il təvəllüdlü Tural Ramiz oğlu Abbasov tüstüdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə ilkin yerləşdiriliblər. FHN və DİN əməkdaşlarına ilkin yardım göstərildikdən sonra onlar evə buraxılıb.

Yanğının hansı səbəbdən başladığı araşdırılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}