Yeni tədris ilinə nümunəvi hazırlıq növbəti uğurlara zəmin yaradır

Yeni tədris ilinə nümunəvi hazırlıq növbəti uğurlara zəmin yaradır

 


Tarixən formalaşmış, bu gün də uğurla davam edən İsmayıllının təhsil ənənələrinə əsaslanan icra orqanları və pedaqoji sistemin işçiləri Dövlət təhsil siyasətinin həyata keçirilməsində nailiyyətləri yüksələn xətt üzrə ildən ilə artırırlar. Bunun daha məhsuldar olması üçün yeni tədris ilinə geniş miqyasda hazırlıq işləri davam edir.

Bu prosesin idarə olunması üçün rayon təhsil şöbəsi, yerli icra və özünüidarə orqanları, aid xidmət təşkilatları əməkdaşlarının iştirakı ilə komissiya yaradılıb. Həftədə bir dəfə rayon məktəbləri üzrə hazırlığın monitorinqi keçirilir, nəticələr müzakirə olunur, növbəti günlər üçün tədbirlər müəyyənləşdirilir.

İsmayıllıda 46 tam, 23 ümumi orta və 10 ibtidai məktəb fəaliyyət göstərir.

Bu məktəblərdə növbəti tədris ilindən 12060 şagird oxuyacaqdır. Kadr təminatı üçün Təhsil Nazirliyinə 80 nəfər müəllim yeri vakansiya verilib. Həmin yerlərə seçim gedir. Kadr təminatında problem olmayacaq. Bütün dərsliklər gətirilib və artıq məktəblərə paylanılır.

İsmayıllı təhsilində qazanılan və daim irəliləyən uğurlar əsas onun nəticəsidir ki, həyat fəaliyyətinin bütün istiqamətlərində olduğu kimi təhsil şəraitinin yaxşılaşdırılması və maddi bazasının möhkəmləndirilməsinə də dövlətin, ölkə rəhbərinin ardıcıl, sistemli qayğısı vardır. Basqal qəsəbəsində tikilən 432 yerlik, Heydər Əliyev Fondunun Gəraybəyli kəndində inşa etdiyi 320 yerlik, Uştalqışlaq və Girk kəndlərində quraşdırılan modul tipli məktəblər bu qayğının bariz təzahürüdür. Məktəblərin 4-ü də yeni tədris ilinin başlanğıcına qədər istifadəyə veriləcəkdir.

Şagirdlərin, müəllimlərin və valideynlərin təhsilə marağını artıran bir çox amillər vardır ki, onlardan ən əsaslısı "Təhsil bayramı”dır.

2018-2019-cu tədris ilinin yüksək nəticələrini rayon icra hakimiyyəti təhsil şöbəsi ilə birgə avqust ayının sonunda "Təhsil bayramı” formasında hamıya çatdıracaqdır.

VALEH SALEHOV



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}