Cəlilabadda baş vermiş avtomobil qəzasında sürücü və körpə oğlu həlak olub

 

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Rayon Polis Şöbəsinin (RPŞ) növbətçi hissəsindən verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Cəlilabad-Cəngən avtomobil yolunda qeydə alınıb. Cəlilabad şəhər sakini, 1979-cu il təvəllüdlü Firdovsi Kəmaləddin oğlu Məlikovun idarə etdiyi "VAZ-2107” markalı minik avtomobili qəfildən idarəetməni itirərək yolun kənarındakı dərəyə aşıb. Çoxsaylı bədən xəsarətləri alan sürücü və onun 6 aylıq oğlu hadisə yerində ölüblər.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}