İsmayıllının Basqal qəsəbəsində 432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 


 

Basqal qəsəbəsi İsmayıllı rayonunun ən qədim yaşayış məntəqələrindəndir. Burada ilk məktəb 1887-ci ilə təsadüf edir. Əvvəllər  iki,  1895-ci ildən isə dörd sinif fəaliyyət göstərib. XX əsrin əvvəllərindən Basqal məktəbini bitirənlər türk dili ilə yanaşı təmiz fars və rus dillərini də bilirdilər. İndi o vaxtdan çox-çox illər keçib. Müstəqillik qazanan Azərbaycan ümummilli lider Heydər Əliyevin,  bu gün isə  Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə çoxistiqamətli inkişaf yoluna çıxıb. Hazırda Basqalda əhalinin sayı 1540 nəfərdən çoxdur. Qəsəbədə bütün infrastruktur sahələri təzələnir. O cümlədən  təhsilin müasir standartlar səviyyəsinə çatdırılması üçün onun maddi-texniki bazası möhkəmləndirilir. Təsadüfi deyildir ki, Prezident İlham  Əliyevin 2018-ci il 7 noyabr tarixli Sərəncamı ilə  qəsəbədə tam orta məktəb üçün yeni bina tikilib və sentyabrın 17-də tədris ocağının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, rayon ictimaiyyətinin nümayəndələri, məktəbin şagird və müəllim kollektivləri, kənd sakinləri, qonaqlar iştirak ediblər.

Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı, təsdiq edilən proqramların reallaşdırılması nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən əhəmiyyətli işlərdən danışıb. Təhsil naziri bildirib ki, 2003-2018-ci illər ərzində Respublikada 3200-dən çox məktəb binası tikilib və ya əsaslı təmir edilib, nəticədə bir milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb.

Ceyhun Bayramov təhsil sahəsində aparılan çoxsaylı işlər, islahatlar barədə məlumat verib. Nazir çıxışında təhsil sisteminin aparıcı qüvvəsi olan müəllim əməyinin stimullaşdırılması, bu peşənin nüfuzunun artırılması istiqamətində görülən işləri xüsusi vurğulayıb və son illər bu yöndə çox böyük nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb.

Nazir çıxışının sonunda yeni tədris binasının açılışı və dərs ilinin başlanması münasibətilə iştirakçıları  təbrik edib, uğurlar arzulayıb. Çıxış edən  İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon üzrə təhsil sahəsində görülən işlərdən, nailiyyətlərdən söz açıb,  təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb. İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Azərbaycan təhsil sisteminin aparıcı bir bölməsi olan İsmayıllı təhsili uğurlarını ilbəil artırır. Rayonun ümumi inkişafında müəllimlər və təhsil işçiləri əhəmiyyətli rol oynayırlar. Nailiyyətlərin ardıcıl və yüksələn xətt üzrə artması əsasən onun nəticəsidir ki, cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyeva İsmayıllı təhsilinə, bütövlükdə rayona xüsusi qayğı göstərir, tədrisin müasir standartlar əsasında təşkili üçün tələblərə uyğun şərait yaradırlar. Müəllim əməyi onlar tərəfindən yüksək qiymətini alır. Bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk.

Daha sonra təhsil naziri Ceyhun Bayramov RİH-nin başçısı Mirdaməd Sadıqovla birgə məktəbdə yaradılan şərait ilə tanış olub, şagird və müəllimlərlə görüşüb, onlarla səmimi söhbət aparıb.

Qeyd edək ki, Basqal qəsəbə tam orta məktəbi ikimərtəbəli,  432 şagird yerlikdir.  Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyası, 18 sinif otağı, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılıb, internet və telefon xətləri çəkilib. Burada istiliklə təminat üçün təbii qazla  işləyən,  müasir tələblərə cavab verən qazanxana da tikilib.

Sozcu.info

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 

İsmayıllının Basqal qəsəbəsində  432 şagird yerlik yeni məktəb binasının açılışı olub-FOTO

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}