Səhiyyə Nazirliyi kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

 

Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.

"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib”, – nazirlikdən bildirilib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}