"Cahangir Hacıyevə çox ciddi təzyiqlər var, kamerası dəyişdirilib..." - Məhkəmə prosesi

Bu gün "Beynəlxalq Bank işi"nə görə həbs edilənlər hakim qarşısına çıxarılıb. 

Onlar "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən "İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov və digərləridir.

Musavat.com xəbər verir ki, təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. İşə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılır.

Prosesdə C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev məhləmə tərkibinə etiraz ediblər. 

Səbəb olaraq isə hazırlıq iclasının qərarında onların qaldırdığı 6 vəsatətdən yalnız ikisi qeyd edilib. Vəkillər deyib ki, bu da məhkəmə prosesinin obyektiv aparılacağı ilə bağlı onlarda şübhə yaradır.

Lakin digər təqsirləndirilən şəxslərin vəkilləri isə bu vəsatəti müdafiə etməyiblər.

Dövlət ittihamçısı bildirib ki, bu vəsatət əsaslandırılmayıb. Bu səbəbdən də vəsatət baxılmamış saxlanılıb.

Vəkil F.Mehdiyev müəyyən məsələlərin müzakirə olunması üçün müvəkillərinin yanlarında əyləşdirilməsi üçün şərait yaradılmasına istəyib.

"İstintaq təcridxanasında Cahangir Hacıyevə çox ciddi təzyiqlər var. Kamerası dəyişdirilib. Artıq məhkum olunmuş şəxslərin saxlanıldığı korpusa köçürülüb. Ümumi istifadədə olan soyuducudan məhrum edilib. Bu səbədən də qidaları saxlaya bilmir. Günlərlə ac qalır. Bu insani davranış deyil. Məhkəmədən bu məsələyə münasibət bildirməsini və bu problemin həllinə kömək etməsini xahiş edirik"- deyə vəkil bildirib.

Vəkil Aqil Layıcov isə çıxışında C.Hacıyevin qəsdən "QAZ- 53" həbsxanaya aparıldığını və həmin maşında  isti olduğunu deyib. 

A.Layıcov çıxışında qeyd edib ki, prezident tərəfindən 15 iyun 2015-ci il tarixində Beynəlxalq Bankın sağlamlaşdırılması ilə bağlı fərmanı var: "Fərmandan irəli gələrək Maliyyə Nazirliyi, Beynəlxalq Bank və "Aqrarkredit" QSC  arasında üçtərəfli müqavilə imzalanıb. Təhvil-təslim zamanı 5.7 milyard manat öhdəlik götürülüb və bank sağlamlaşdırılıb. İttiham aktında 211 milyon manat zərər dəyməsi qeyd edilir. Ancaq yenidən əlavə olaraq 7 milyonluq dəymiş maddi zərər göstərilir. Həmin təhvil-təslim zamanı imzalanan sənədlər məhkəməyə təqdim edilməsini tələb edirik".

Bu vəsatət baxılmamış saxlanılıb.

C.Hacıyev vəkillərinin vəsatətlərinin təmin olunmasımı istəyib.

Prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslərin heç biri bu ittihamla özlərini təqsirli bilmədiklərini deyiblər.

C.Hacıyev ittiham aktının bir hissəsinin ona aydın olmadığını deyib.

Oxşar Xəbərlər

Xəbər lenti

{sape_links}{sape_article}