"Bakıkart" aparatları xarab oldu - "20 yanvar" stansiyasında sıxlıq yarandı

"Bakıkart" aparatları xarab oldu - "20 yanvar" stansiyasında sıxlıq yarandı

 

Bakı Metropoliteninin "20 yanvar" stansiyasının girişində səhər saatlarından sıxlıq yaranıb.

Sıxlığın yaranmasına səbəb stansiyanın girişində quraşdırılmış "Bakıkart" aparatlarının sistemində problemin baş verməsidir. Aparatlarda yaranmış problem nəticəsində kartlara gediş haqqı yükləmək mümkün olmayıb. Nəticədə sərnişinlər stansiyaya daxil ola bilməyib.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, stansiyada baş verən hadisə sıxlığa səbəb olub: "Biz qatarların hərəkətinə nəzarət etmək səlahiyyətindəyik, aparatlara biz nəzarət etmirik. "Bakıkart” aparatlarının çalışmamasının səbəbləri bizə də məlum deyil. Stansiyada böyük sıxlıq yaranıb, amma əməkdaşlarımız sıxlığı nizamlamağa çalışırlar. Hazırda problemin aradan qaldırılması üçün aidiyyəti qurumlar tərəfindən tədbirlər görülür”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}