"Dizel" şirkətinin sousu erməni məhsuludur? - AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, bir neçə gündür sosial şəbəkələrdə və bir çox xəbər portallarında "AL" marketlər şəbəkəsində Ermənistan məhsulunun satışı ilə bağlı məlumat yayılıb. Məlumatı yazıçı Azad Qaradərəli sosial şəbəkə hesabında paylaşım edib. O, "Dizel" şirkətinin ermənicə adlandırılmış sousunun fotosunu paylaşaraq üzərində "Alın, razı qalın" sözlərini yazıb.


Sözügedən məsələ ilə bağlı Azərsun Holdinqin sözçüsü Rza Məmmədov Sonxeber.az-a açıqlama verib. O bildirib ki, yayılan məlumat həqiqəti əks etdirmir:

"Həmin məhsul Gürcüstan məhsuludur. Yəni, erməni məhsulu deyil. Onu paylaşan adam ümumiyyətlə savadsız adamdır ki, araşdırmadan onu paylaşıb. Biz həmin adama məlumat vermişik və paylaşdığı postu silib. Eyni zamanda bu məlumatı yazan xəbər portalları da həmin xəbəri silib".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}