Dağıstanlı tələbələr BDU-da təcrübə keçəcəklər

Dağıstanlı tələbələr BDU-da təcrübə keçəcəklər

 

Bakı Dövlət Universitetində (BDU) Dağıstan Dövlət Universitetinin rektoru, professor Murtazali Rabadanov və Həştərxan Dövlət Texniki Universitetinin professoru, Rusiya Federasiyasının ali təhsil üzrə əməkdar işçisi Pimenov Yuriy Tumofeyeviçlə görüş keçirilib. Rektor Elçin Babayev BDU-nun 100 illiyi münasibətilə keçirilən yubiley tədbirində iştirak edən qonaqlara təşəkkür edib. Perspektiv plan və əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələrin aparıldığı görüşdə birgə elmi-tədqiqat və inkişaf layihələrinin yerinə yetirilməsinin əhəmiyyətindən bəhs edilib, alim və tədqiqatçıların səfər mübadilələri yolu ilə kadr hazırlığı, müştərək elmi konfranslar, seminarlar və təcrübə kurslarının təşkili məsələlərinə toxunulub. Dağıstan Dövlət Universitetinin və Həştərxan Dövlət Texniki Universitetinin tələbələrinin BDU-da, o cümlədən universitetin Quba tədris-təcrübə və istirahət mərkəzində təcrübə keçmələri barədə konkret təkliflər irəli sürülüb. Universitetlər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində müzakirələır aparılıb.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}