İmişlidən olan “tikinti kralları” Bakıda “at oynadır”

İmişlidən olan “tikinti kralları” Bakıda “at oynadır”

 

Bu rayondakı örüş sahələrini, meşə massivlərini, parkları özəlləşdirmələri yetmədi, indi də paytaxta göz dikiblər…Mikayıl Cavabbarov istər 2017-ci ildə vergilər naziri təyin ediləndən, istər də iqtisadiyyat naziri təyin ediləndən sonra çox ciddi işlər gördü. Məsələn, birinci təyinatdan sonra bir nəfər də olsun məmur-deputat, məmur-oliqarxın vergidən yayınmasına imkan verilmədi...Bu yaxınlarda mənim üzümə yalançı şahid kimi duran İmişli rayon, Yalavac kəndinin bələdiyyə sədri Qəhrəman Qəhrəmanovu himayədarları - məmur-oliqarx Saleh Səmədov, Bakıda "tikinti karlı” olan Əvəz Şükürov öz dostları, məhkəmə sədri Qurban Hacıyevin vasitəsi ilə həbsxanadan azad etdirdilər. Q.Qəhrəmanov öz kəndinin nifrətini qazanmış Saleh Səmədovun diqtəsi və məhkəmə sədri Qurban Hacıyevin, eləcə də "tikinti kralı” Əvəz Şükürovun xüsusi tapşırığı ilə üzümə durmuşdu. İnid isə Əvəz Şükürova Araz çayı kənarından qum-çınqıl karxanası bağışlayan və Quba rayon bələdiyyəsinin sədrindən də qat-qat ağır cinayətlərə yol verən bu adam həbsxanadan buraxıldı.Onu həbsxanadan buraxanlar islahatçı prezidentin, dövlətin xalqın nüfuzuna özləri də bilmədən meydan oxudular. Quba rayonunda həbs olunan bələdiyyə sədri, Qəhrəman Qəhrəmanovla müqayisədə qat-qat məsumdur. Yalavac bələdiyyə sədri bir həyətyanı torpaq sahəsini 3-4 vətəndaşa satan, kənd pay torpaqlarını hərracsız satmaqla, hər zaman "at oynadıb”. O, Əvəz Şükürova qum-çınqıl karxanasını sənədlərini verəndə ilk reaksiya verən, etiraz edən də  bəndəniz olmuşdu. Hansı ki, indi də karxananı Ə.Şükürovun qardaşı oğlu Elçin Şükürov idarə edir və hər gün məhşur restoranlarda "şot” verməklə ad çıxarıb.Bir sözlə, ölkədə naxçıvanlı və ermənistanlıların adı çıxıb, əslən İmişlidən olan və Bakıda "at oynadan” var-dövlət sahiblərinin indiyədək yaxşı əməllərini eşidən olmayıb. Bu adamlar dünyanın zahirinə inanıb, özlərini ölümsüz sayır. Batinlərini isə Araz çayı yuya bilməz.Xarici avtomobillərində imişlilərə açıq verən, yuxarıdan aşağı baxanların təhsilləri də şübhəlidir. Saleh Səmədov gecə məktəbini 8-ci sinfədək oxuyub. Bir dəfə də olsun lövhə qarşısında "a” deməyən bu adam hazırda necə olub ki, "Fəlsəfə elmləri namizədi” elmi dərəcəsi qazanıb?!İmişli şəhərinin ən böyük örüş sahəsini özəlləşdirən, dəyəri milyonlarla manat ölçülən 20 hektarlıq ərazidə böyük obyektlər tikdirən Yasəf Hüseynovun da uşaqlığı çətin keçib. Onun bu əməlinə ərazidə yaşayan minlərlə sakinlər, illərlə şikayət etsələr də, nəticə olmadığını görüb, mal-qaramızı satdıq. Heyvanı olanlar isə, hazırda çox çətin vəziyyətdədir Çünki örüş sahəsi zəbt olunan mal-qara şəhərin mərkəzində otlamağa məcburdur...Heydər Əliyevin adına olan parkı isə "Messenat-Holdinq”in prezidenti Hacı Tofiq İsayev özəlləşdirib. Belə demək olarsa, park 2010-cu ildən onun özəl mülkiyyətdidir. Gənclər Mərkəzi adı ilə parkda şadlıq sarayı, iki restoran, çayxana tikib, otel isə yarımçıq qalıb. Yəni 2012-ci ildən birinci mərtəbəsi tikilsə, sonrada camaatın etirazı sayəsində tikinti dayandırılıb...Bu adamlar hər yeri özəlləşdirib deyə, sahibsiz itlər də İmişli ərazisində, hətta RİH qarşısında sürü ilə gəzir, kimisə quduzluğa yoluxduranda televiziyalar İmişliyə dəstə ilə gələcəklər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}