“Qarabağ tribunası” Tofiq Zülfüqarovla görüşüb

“Qarabağ tribunası” Tofiq Zülfüqarovla görüşüb

 

Yeni yaranmış "Qarabağ tribunası” platforması ölkənin ictimai –siyasi xadimləri ilə görüşlərini və Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələri davam etdirir. Növbəti görüş haqqında politoloq Nəsimi Məmmədli Feysbuk səhifəsində məlumat verib. N.Məmmədlinin qeydlərini diqqətinizə çatdırırıq.

"Bu gün "Qarabağ tribunası”nın sabiq xarici işlər naziri, peşəkar diplomat Tofiq Zülfüqarovla çox maraqlı, məhsuldar və səmimi görüşü oldu. Görüşdə Qarabağ münaqişəsinin həlli istiqamətində mövcud durum ətraflı müzakirə olundu.

Münaqişənin hazırkı mərhələsində mümkün həll variantlarını, regional və beynəlxalq münasibətlərin problemin həllinə təsirlərini, habelə, son illər diplomatiyamızın durumu və imkanları dərindən təhlil edildi.
Eyni zamanda problemin həllində cəmiyyətin fəal iştirakının yolları barədə fikir mübadiləsi aparıldı. Ölkənin siyasi qurumlarının, vətəndaş cəmiyyətinin, ictimai xadimlərinin üzərinə düşən mənəvi-ictimai missiyanın aydın müəyyən edilməsinin və həyata keçirilməsinin vacibliyi vurğulandı.

Münaqişənin yaratdığı sosial qruplara yönəlik sistemli fəaliyyətin və konsepsiyanın yoxluğuna diqqət yetirildi. Münaqişədə Rusiyanın və İranın tutduğu mövqe, həmçinin ABŞ-ın və Avropa İttifaqının yanaşmaları təhlil edildi. Görüşdə hökumətin mövcud siyasətinin indiki və gələcək nəticələri barədə də müzakirə aparılıb. Qarabağ probleminin həllində yeni strategiyanın zəruriliyini görüş iştirakçıları qeyd etdi.
Peşəkar diplomatla görüş qarşılıqlı məmnunluq və faydalılıq şəraitində yekunlaşdı və mütəmadi əməkdaşlıq və məsləhətləşmələri davam etdirmək qərara alındı. "Qarabağ Tribunası” Qarabağ probleminin həlli istiqamətdə məsləhətləşmələrini və müzakirələri davam etdirəcək.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}