Goranboyda meliorasiya və irriqasiya işləri vaxtında və yüksək peşəkarlıqla həyata keçirilir

Goranboyda meliorasiya və irriqasiya işləri vaxtında və yüksək peşəkarlıqla həyata keçirilir

 

Həyata keçirilən meliorativ tədbirlər nəticəsində Goranboyda daha 3400 hektar suvarılan sahə əkin dövriyyəsinə qatılacaq


Məlumdur ki, aqrar sahədə uğur qazanmağın əsas tələblərindən biri də torpaqların suvarma işlərinin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi, meliorativ vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. O cümlədən, redaksiyamıza təqdim olunan məlumatlara görə, Rauf Teyyubovun rəhbərlik etdiyi Goranboy Subartezian Quyularının İstismarı İdarəsi də öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir.

Ölkənin su ehtiyatlarının idarə olunması "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən effektiv şəkildə həyata keçirilir




Meliorasiya və su təsərrüfatı sahəsində idarəetməni təkmilləşdirmək, su ehtiyatlarından istifadənin səmərəliliyini artırmaq, torpaqların meliorasiyası və irriqasiyası ilə bağlı işlərin təşkilini yaxşılaşdırmaq istiqamətində üzərinə düşən vəzifələri səmərəli şəkildə həyata keçirmək üçün "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində bir çox tabe qurumlar, struktur bölmələri və digər təsisatlar yaradılmışdır. Bunlardan Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Suvarma sistemləri idarələri, Kollektorların istismar idarələri, Meşə meliorasiya idarələri, Su anbarlarının, hidroqovşaqların və magistral kanalların istismarı idarələri, Meliorasiya idarələri, Mexaniki suvarma idarələri, Qış otlaqlarının su təminatı sistemlərinin istismarı idarələri, Subartezian quyularının istismarı idarələri, Melioservis idarələri və bir çox digər ixtisaslaşmış idarələr bilavasitə yerlərdə suvarılan torpaqların su ilə təminatı funksiyalarını həyata keçirirlər. O cümlədən ASC-nin tərkibində fəaliyyət göstərən 13 hidroqovşağ, su anbarları və kanallarının istismar idarələri də kifayət qədər böyük həcmdə işlər həyata keçirməklə əkin torpaqlarının suvarma suyu ilə təminatı məsələsinin həllində əhəmiyyətli mövqeyləri tuturlar. "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tərkibində effektiv fəaliyyətilə seçilən idarələrdən biri də Rauf Teyyubovun rəhbərlik etdiyi Goranboy Subartezian Quyularının İstismarı İdarəsidir.



Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti fəaliyyəti günün tələblərinə uyğun qurulub

Qeyd etmək yerinə düşər ki, dövlət başçısının hər il çoxlu sayda subartezian quyularının qazılması ilə bağlı verdiyi Sərəncamlar da bölgələrdə əhali tərəfindən çox böyük rəğbətlə qarşılanır. O cümlədən Goranboyda son illər meliorativ tədbirlərin həyata keçirilməsi istiqamətində ardıcıl işlər görülür və bu işlərin uğurla həyata keçirilməsində məhz Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Aydındır ki, aqrar sahədə stabil yüksək göstəricilərə nail olmaq üçün vaxtında və effektiv şəkildə yerinə yetirilməsi tələb olunan əsas işlərdən biri də torpaqların suvarma suları ilə təmin olunmasıdır. Bu baxımdan Goranboy rayonunun suvarma suyuna olan tələbatının ödənilməsi üçün bu gün ciddi işlər görülür.



Bu il Şəmkir maşın kanalından Nadirkənd kəndinədək 7 km-lik hissəsi istifadəyə verilib ki, bu da suvarılan əkin sahələrini daha da genişləndirəcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ötən il 16 yaşayış məntəqəsində 20 ədəd subartezian quyusu qazılmışdır. Bu da suvarma suyuna olan tələbatının ödənilməsinə xeyli təkan verib. Cari ildə isə daha 18 subartezian quyusu qazılmışdır. Təbii ki, bu baxımdan Rauf Teyyubovun rəhbərlik etdiyi Goranboy Subartezian Quyularının İstismarı İdarəsinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, idarənin əməkdaşları tərəfindən mövcud su ehtiyatlarından daha səmərəli istifadə olunması, əkinlərin vaxtında suvarılması təmin edilir. Redaksiyamıza təqdim olunan açıqlamalarda da vurğulanır ki, Rauf Teyyubovun rəhbərliyi altında Subartezian Quyularının İstismarı İdarəsi öz fəaliyyətini günün tələbləri səviyyəsində qurur, su təsərrüfatının səlis işləməsi üçün mövcud imkanlardan səmərəli istifadə edir. Rayon sakinlərinin, xüsusilə də əhalinin əkinçiliklə məşğul olan hissəsinin ümumi rəyinə görə idarənin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. İdarə rayonda böyük ərazilərdə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətlərini ən yüksək səviyyədə göstərir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}