"Biz sadəcə işimizi görmüşük" - MSK sədri

"Biz sadəcə işimizi görmüşük"

 

"Bəzi dairələrin seçkilərlə bağlı qarayaxma kampaniyası aparmaq cəhdləri bütün ölkələrdə müşahidə edilir. Azərbaycanda dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri zamanı da belə oldu. Bizdə hələ də qisasçılıq, eləcə də imkan tapan kimi əsası oldu-olmadı narazılıq etmək hissi qalır”.

Sozcu.info xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri cəmiyyəti belə hallara diqqət etməyə çağırıb: "Hesab edirəm ki, inkişafa hələ də ehtiyac var. Bir günlük sensasion xarakterli fikirlərlə seçiciləri çaşdırmağa çalışmağın mənası yoxdur. Biz o qurumuq ki, 20 il ərzində bir tərəflə heç vaxt mübahisə aparmamışıq. Biz sadəcə işimizi görmüşük”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}