Jurnalistlər binasının yol problemi

 

Çökən yolun yalnız bir istiqamətdə açılmasına BNA rəsmisindən reaksiya: "Müvəqqəti çətinlikdir...”

Jurnalistlər binasında yaşayanlar evlərinə getməyə yol tapa bilmirlər. Bu barədə "Yeni Müsavat”a müraciət edən jurnalistlər bildiriblər ki, hazırda binanın qarşısında qurulan post səbəbindən evlərinə həm maşınla, həm də piyada getməyə xeyli çətinlik çəkirlər.

Sakinlər bildirirlər ki, qurulan post səbəbindən binaya avtomobillə getmək istəyənlər "Bibiheybət” məscidinin yanına qalxıb, yenidən ərazini fırlanaraq binaya gəlirlər. Bildirilir ki, əgər məqsəd çökən yolun yükünü azaltmaqdırsa, niyə maşınları fırladıb, çökən yoldan keçirirlər. Sakinlər narazılıq edirlər ki, günün yalnız müəyyən saatlarında ərazidən şəhər istiqamətinə avtobus keçir.

"Su İdman Sarayından jurnalistlər yaşayan binaya qədər olan yol bağlanıb. Buna görə də maşını olmayanlar məcbur qalıb o yolu  piyada getməli olurlar. Qərar, ümumiyyətlə, absurddur. Çünki söhbət bu gün sürüşmə nəticəsində yolun uçan hissəsini təmir etməkdən gedirsə, hansı səbəbdən binaya gələn maşınlar məhz həmin yolu fırlanaraq, evlərinə gəlməlidirlər”, - deyə binada yaşayan jurnalistlər şikayətlərində bildiriblər.

Mais Ağayev ile ilgili görsel sonucu

Məsələ ilə bağlı "Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, yolda sürüşmə baş verən zaman jurnalistlər binası, eləcə də ətraf ərazidə çalışan və yaşayan əhalinin şəhər mərkəzi və əks istiqamətində müntəzəm marşrut avtobusları ilə daşınması üçün 5 nömrəli xəttin hərəkət sxemində dəyişiklik edilib:  "Lakin hazırda yolda şəhər istiqamətində hərəkət bir tərəfli açılıb. Belə olan halda, təbii, artıq 5 nömrəli xətt üzrə avtobusların jurnalistlər binası istqamətində gedib və geriyə dönməsi təhlükəli hal alır və qəza riski də artır. Mən bir daha orada yaşayan sakinləri və xüsusən də mediadan olan dostlarımızı bir qədər anlayışla yanaşmağa dəvət edirəm. Müvəqqəti çətinlikdir. Hazırda BNA əlaqədar qurumlarla birgə iş aparır ki, tez bir zamanda sərnişinlərimizi narahat edən bu hal aradan qalxsın”.

Anar Nəcəfli ile ilgili görsel sonucu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "Yeni Müsavat”a söyləyib ki, bu məsələdə onların görəcəyi bir iş yoxdur: "Jurnalistlər binasının qarşısındakı yol açıqdır. Avtobusun getməməsinin isə bizə heç bir aidiyyəti yoxdur. Yolu biz açmışıq. Yol dekabrın 31-də bağlı idi. Oradakı vətəndaşları başa düşdük və problemi həll etdik. Bir istiqamət üzrə yol açıldı. Artıq həmin binalara gəlib-getməyin heç bir problemi yoxdur. Su İdman Sarayı tərəfdən daxil olub, jurnalistlərin binası tərəfə gəlib-getmək problemi yoxdur. Çökən yolu da bir istiqamətdə açmışıq. Orada heç bir yolun bağlanmasından söhbət getmir. Həm getmək, həm də qayıtmaq mümkündür. Şəhərə gələn avtomobillər ”20-ci sahə"yə daxil olmadan bu yoldan istifadə edərək, əraziyə gələ bilirlər. Ora avtobusun getməməsi ilə bizim qurum məşğul olmur. Biz üzərimizə düşən işi görürük və bağlı olan yol da açılıb".



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}