Torpaq sürüşməsinin günahkarı kimlərdir? - RƏY

 

Badamdar, 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır. Ümumilikdə, son illərdə Bakının torpaq sürüşməsi təhlükəsi olan ərazilərində dəfələrə analoji hadisələr baş verib. Ən çox aktivlik müşahidə olunan ərazilərdən biri də Bayıl qəsəbəsidir. Burada baş verən torpaq sürüşmələri digər fəsadlarla yanaşı, paytaxtın giriş yollarından birinin sıradan çıxması ilə nəticələnir.

Ötən gün Badamdar qəsəbəsi-20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə nəticəsində də həmin yoldan istifadə tamailə dayandırılıb.

Mütəxəssislər hesab edirlər ki, bu cür sürüşmə aktivliyinin yaranması təbii amillərdən daha çox insan fəaliyyətinin nəticəsində yanarır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun "Geomorfologiya və təbii risklər” şöbəsinin əməkdaşı, coğrafiya üzrə fəlsəfə doktoru Rəfail Abdullayev "Report”a açıqlamasında deyib ki, insan fəaliyyəti sürüşmə təhlkəsi olan ərazilərində aktivliyin artmasına və sürüşmələrə səbəb olur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}