Sumqayıtda ana uşağı girov saxlayır, diləndirir və işgəncə verir – VİDEO

 

Sumqayıtda doğma ana və atalıq 10 yaşlı uşağa işgəncə verərək diləndirir.

Sozcu.info  xəbər verir ki, Tunar başına yaşadıqlarını ATV-nin "BizimləSən” proqramında danışıb.

Azyaşlını telekanala taksi sürücüsü gətirib. Küçələrdə əl açıb dilənən görən azyaşlını telekanala bir taksi sürücüsü gətirib. Tunar atası ilə anasının boşandığını, anasının başqa kişi ilə ailə qurduğunu və ondan üç uşaq dünyaya gətirdiyini bildirib.

O, atasının yanına getmək istədiyini, lakin anasının buna imkan vermədiyini deyib:

"Atam məni öz yanına aparmağa qorxur, çünki anam polisə xəbər verir ki, atam uşağı oğurlayıb. Anam atamdan 15 min manat ev pulu istəyir. Atama deyir ki, o öpulu gətir, Tunarı sənə verim”.

Tunar deyib ki, anası onu dilənməyə məcbur edir. Evə pul gətirməyəndə isə döyür. Azyaşlı bədənindəki işgəncə izlərini efirdə nümayiş etdirib.

Məsələ burasındadır ki, Tunar dəfələrlə evdən qaçsa da, polis onu anasına qaytarıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}