65 il bir yerdə yaşayan evli cütlük eyni gündə öldü - FOTO

 

65 il bir yerdə yaşayan evli cütlük eyni gündə vəfat edib.

Bu barədə "New York Post” xəbər yayıb.

Bildirilir ki, onlar ömürlərinin son günlərini Missuri ştatının Sent Luis şəhərində "Qocalar evi”ndə keçiriblər.

86 yaşlı Cek Morrison və 83 yaşlı xanımı Harriet bir neçə saat fərqlə vəfat ediblər. Onların əl-ələ tutması üçün çarpayıları yanaşı olub.

"Mən kədərliyəm. Ancaq bilirəm ki, onlar səmada bir yerdədir. Onların məhəbbət hekayəti barədə kitab yazmaq olar”, - deyə onların yaxın qohumu Syu Vaqener bildirib.

 

Cek Harrietlə 1955-ci ildə avtobus sürücüsü işləyərkən tanış olub. O, Harrieti sərnişinlərin arasında görüb və "Helloin günü”ndə şam etməyi təklif edib.

"Həmin şam yeməyindən sonra onlar bir daha ayrılmadılar”, - deyə Vaqener bildirib.

Aşiq cütlüklər 1956-cı ilin may ayının 5-də evləniblər.

Onlar iki oğul böyüdüblər. Onlardan biri 2007-ci ildə xərçəng xəstəliyindən ölüb.

Morrisonlar ailəsi "Qocalar evi”nə ötən il səhhətləri ilə əlaqədar daxil olublar. Harriet itini gəzdirərkən ayağı büdrəyərək yıxılıb  və omba sümüyünü sındırıb. Bir neçə aydan sonra isə Cek evdə yıxılaraq boyun sümüyünü zədələyib.

Son aylarda onların səhhəti pisləşmişdi, ömürlərinin sonuna yaxın isə yemək-içməkdən tamamilə kəsilmişdilər.

Onlar oğlanlarının yanında dəfn olunub.

 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}