Yeni Çin virusu : insandan-insana ötürüldüyü təsdiqlənən virusdan ölənlər var

 

Çində bütün ölkə boyu sürətlə yayılan yeni virusdan dörd nəfər ölüb. Çin hökuməti bu virusun insandan-insana ötürülə biləcəyini təsdiq edib.

Pnevmoniyanın bir növünə gətirib çıxaran koronavirusun yeni ştammının sonuncu qurbanı 89 yaşlı kişi olub.

O, Çinin virusun yayılma mərkəzi olan Wuhan şəhərində yaşayırdı.

Çinin Pekin (Beijing) və Şanxay (Shanghai) daxil olmaqla əsas şəhərlərində 200-dən çox hal qeydə alınıb.

Çinin Milli Səhiyyə Komissiyası bazar ertəsi Çinin Guangdong əyalətindəki iki yoluxma halının insandan-insana keçdiyini təsdiqləyib.

Wuhan Bələdiyyə Səhiyyə Komissiyası şəhərdə azı 15 tibb işçisinin virusa yoluxduğunu, onlardan birinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Onların hamısı müalicə müddətində təcrid vəziyyətində saxlanır.

Bu xəstəliyə ilk olaraq Çinin 11 milyonluq Wuhan şəhərində keçən il rast gəlinib.

Bu virusun yüz milyonlarla insanın keçən həftə Çin Yeni ilini qeyd etmək üçün ölkə daxilində səyahət etməsindən dolayı geniş yayıla biləcəyi barədə narahatlıqlar var.

Virusla bağlı bir neçə hal ölkə xaricində də qeydə alınıb: bunlardan biri Tailand, biri Yaponiya, digəri isə Cənubi Koreyada müəyyənləşib. Onlar bu yaxınlarda Çinin Wuhan şəhərinə səyahət etmiş insanlar olub.

Sinqapur, Honq Konq və Tokyo, ABŞ-ın San Francisco, Los Angeles və New York ştatlarının əsas hava limanları Çinin Wuhan şəhərindən gələn sərnişinləri yoxlanışdan keçirirlər.

Avstraliya hökuməti də Wuhan-dan Sydney-ə uçan sərnişinlərin yoxlanılacağını açıqlayıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}