Hollandiyadan 94,5 milyard avroluq ixracat - DÜNYADA İKİNCİ OLDU

Hollandiyadan 94,5 milyard avroluq ixracat

 

Sozcu.info  xəbər verir ki, Hollandiya 94,5 milyard avroluq kənd təsərrüfatı məhsulları ixrac edərək, bu sahədə dünyada ikinci yeri tutub.

Hollandiyanın Statistika İdarəsi ilə Vageningen Universitetinin İqtisadi Tədqiqat Mərkəzinin məlimatına görə, Hollandiya ötən il 94,5 milyard avro dəyərində kənd təsərrüfatı məhsulları ixrac edib.

İxracat həcmini əvvəlki ilə nisbətən təqribən 5% artırmış Hollandiya ABŞ-dan sonra dünyanın ən böyük ikinci kənd təsərrüfatı məhsulları ixracatçısı mövqeyini qoruyub.

Hollandiya sahəsinə və əhalisinə görə bir çox ölkədən kiçikdir. Buna rəğmən, tqribən 17 milyon əhalisi olan ölkə ilbəil kənd təsərrüfatı məhsullarının ixracını bir az da arıtırır.

Hollandiyanın dünyaya satdığı məhsulların ilk sıralarında ərzaq məhsulları, çiçək soğanı və bitkilər gəlir. Rəsmi rəqəmlərə görə Hollandiyanın 2019-cu ildə ən çox ixrac elədiyi altı məhsul bunlardır:

Çiçək soğanağı və bəzək bitkiləri: 9,5 milyard avro

Ət və ət məhsulları: 8,8 milyard avro

Süd məhsulları və yumurta: 8,6 milyard avro

Tərəvəz: 7,3 milyard avro

Meyvə: 6,2 milyard avro

İçki: 5,8 milyard avro.

Yaş sebze ve meyvenin yanı sıra, 2019 yılında et ihracatı da önemli ölçüde arttı.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}