İlham Əliyevin ətrafinda sıx birləşib dəstək olacağıq - layihə rəhbəri

İlham Əliyevin ətrafinda sıx birləşib dəstək olacağıq - layihə rəhbəri

 

Prezident İlham Əliyevin 26 sentyabr, 2016 – cı il tarixində Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə ümumxalq səsverməsi (referendum) keçirilməsi haqqında imzaladığı Sərəncam günün tələbinə və marağına cavab verməklə yanaşı, 7 il öncə vaxtında atılmış doğru siyasətin ardıdır. Nəzərdə tutulmuş 29 dəyişiklikdən biri olan seçkilərdə iştirak edə biləcək vətəndaşların yaş həddlərinin 18 yaş müəyyənləşdirilməsi mütərəqqi addımdır.

 

Bunu Sozcu.infoya "Gənc Liderlər Heydər Əliyev Yolunda" "Facebook" dəstək kampaniyasının layihə rəhbəri Nicat Müslümov deyib.

Onun sözlərinə görə, düşüncəsi yüksək olan, intellektli, dünyagörüşlü, savadlı gənclərin Milli Məclisə seçilib, təmsil etdiyi regionda yaşayan sakinlərin problemlərini qabartması, gündəlikdə olan aktual məsələlərə yeni nəslin prizmasından yanaşması, zənnimcə, çox böyük nəticələrə nail olmaq deməkdir.

Hər kəsə məlumdur ki, hazırda ölkəmizdə olan sabitlik, firavan həyat tərzi, vətəndaşların rahat yaşaması bu günə kimi doğru qərarları ilə daim xalqın lideri olan Prezidentimiz İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin nəticəsidir. 

Heç şübhəsizdir ki, son dərəcə geniş imkanları ilə seçilən, ölkəmizin inkişafı baxımından olduqca önəmli olan referendum aktı Azərbaycan vətəndaşları tərəfindən hamılıqla dəstəklənəcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}