Respublikamızın ən qabaqcıl liseylərindən biri- Texniki-Humanitar Lisey

Respublikamızın ən qabaqcıl liseylərindən biri-

 

Texniki-Humanitar Liseyi 2000-ci ildən fəaliyyət göstərir. Hal-hazırda liseydə 1024 nəfər şagird təhsil alır. Dərslər Azərbaycan və rus dilində keçirilir.  Hər dərs ilində məzunlarımız təxminən 85%-87% respublikanın ali məktəblərinə daxil olurlar. Məzunlarımız Türkiyədə, İngiltərədə, Fransada, Almaniyada, Amerikada, Ukraynada təhsil alırlar.  Liseyə şagird qəbulu V sinifdən xüsusi qabiliyyətə malik şagirdlərin test imtahan yolu ilə seçilib yerləşdirilməsi ilə həyata keçirilir. Suallar ümumtəhsil məktəbinin IV siniflərinin  fənn proqramları əsasında Azərbaycan və rus dillərində tərtib edilir.  Fəaliyyət göstərdiyimiz 15 il ərzində şagirdlərimiz Respublika fənn olimpiadalarında  fəal iştirak etmişlər. Liseyimizdə "Xüsusi istedada malik uşaqların  yaradıcılıq potensialının inkişafı” üzrə Dövlət Proqramının (2006-2010) həyata keçirilməsi istiqamətində tədbirlər planı hazırlanmış və ardıcıl həyata keçirilmişdir. Xüsusi isteda malik uşaqlarla işləmək sahəsində böyük təcrübəsi olan müəllimlər öz fənləri üzrə belə şagirdlərin üzə çıxarılması, onlarla müntəzəm məşğələlərin aparılması yolu ilə potensial inkişaf etdirilməsini təmin edirlər. Liseyin müasir təlim texnologiyalarının tətbiqi üzrə layihələrdə, o cümlədən pilot layihələrində, habelə digər inkişafyönümlü innovativ təhsil proqramlarında iştirakı təmin edilmişdir. THL şagirdləri "Məktəblərin elektron höküməti” layihəsində iştirak etmişdilər.  Liseydə 96 nəfər müəllim kollektivi çalışır. Onlardan  2 nəfəri elmlər namizədi, 89 nəfər ali təhsilli, 3 nəfər orta ixtisax təhsilli,2 nəfəri isə ali kateqoriyalı müəllimlərdir. Müəllimlər müsabiqə yolu ilə liseyə qəbul olunur. Liseydə müasir təlim metodları və pedaqoji texnologiyaları müntəzəm olaraq öz işində tətbiq edən, İKT-də istifadə etmək bacarıqlarına yiyələnmiş müəllim kadrları cəmləşmişdir. Müəllimlərin gündəlik fəaliyyətlərinin öyrənilməsi, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilmələri istiqamətində müntəzəm iş aparılır.  Pedaqoji heyyətlə yanaşı valideynlərin də yaxından köməyinə və dəstəyinə nail olmuşuq. Belə ki, liseyimizdə valideyn-müəllim assosiasiyası formalaşdırılmış və tədricən liseyin idarə olunması sahəsində öz fəaliyyətini genişləndirməkdədir. 2008-2009-cu və 2013-2014  dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində THL iştirak etmiş və qalib gəlmişdir. Liseydə çalışan müəllimlər arasında çox yaxşı iş birliyi qurulmuşdur. Bu da öz növbsində  əldə etdiyimiz naliyyətlərin səbəbidir. 

Respublikamızın ən qabaqcıl liseylərindən biri-

 

Xatırladaq ki, ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Bakının Nəsimi rayonundakı Texniki-Humanitar Liseydə görülən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Dövlətimizin başçısına Texniki-Humanitar Liseyin şagirdləri üçün nəzərdə tutulan məktəbli formaları və çantalar barədə də məlumat verilib. Qeyd edilib  ki, bu ildən tətbiq olunacaq bu formalar şagirdlərin rahatlığı nəzərə alınaraq hazırlanıb.

Liseyin foyesində ulu öndər Heydər Əliyevin təhsil sahəsinə göstərdiyi qayğını və Prezident İlham Əliyevin paytaxtın Nəsimi rayonundakı təhsil ocaqlarının müasir standartlar səviyyəsinə çatdırılması istiqamətində gördüyü işləri əks etdirən fotolardan ibarət stendlər yaradılıb.

Liseydə 43 otaq var. Onlardan 24-ü sinif otağı, digərləri isə fənn kabinetləri və laboratoriyalardır. İdman zalı da müasir səviyyədə qurulan təhsil ocağının həyətində geniş abadlıq və quruculuq işləri görülüb.

Bu il də məktəb kollektivi yeni dərs ilinə yüksək hazırlıqla başlayır. 

Texniki-Humanitar liseyin 2015/2016-cı tədris ilində ən yüksək balla tələbə adını qazanmış məzunlarının adlarını oxuculara təqdim edirik: 

Rəcəbov Valeh - 695 bal- Dövlət İdarəçilik Akademiyası
Bədrəddinli Ramil- 680 bal- Qafqaz Universiteti
Əzizov Pərviz - 671 bal - Bakı Ali Neft Məktəbi
Bədrəddinli Emil- 670 bal-Qafqaz Universiteti
Zeynalzadə Yunis- 656 bal-Dövlət İdarəçilik Akademiyası
Əliyeva Fidan - 646 bal - Dövlət İqtisad Universiteti
Ağalarova Limuzər - 632 bal- Dövlət İdarəçilik Akademiyası
Fərzəli Zəka - 630 bal- Dövlət İdarəçilik Akademiyası
Ağayev Fərid - 614 bal- Dövlət İqtisad Universiteti
Hüseynova Səbinə - 610 bal- Dövlət İdarəçilik Akademiyası
Hacıyev Ayaz - 597 bal- Qafqaz Universiteti
Süleymanov Sadiq - 589 bal-Azərbaycan Diplomatiya Aakademiyasi
Ağakişiyev Uğur - 579 bal- 
İbrahimova Nərmin - 571 bal- Baki Dövlət Universiteti
Novruzova Nüşabə - 568 bal-Azərbaycan Tibb Universiteti
Əhmədova Ayan - 563 bal- Dövlət İqtisad Universiteti
Xələfli Nurlan - 560 bal - Dövlət İqtisad Universiteti
Mikayılli Ülvi - 552 bal - Dövlət İqtisad Universiteti
Hüseynova Lalə - 551 bal - Moskva Dövlət Universiteti
Eynullayeva Şəkər - 549 bal- Moskva Dövlət Universiteti
Həsənəıi Əli - 540 bal - Dövlət İqtisad Universiteti
Allahverdiyeva Ramizə - 530 bal- Azərbaycan Tibb Universiteti
Şıxəliyeva Günel - 530 bal -Memarlıq və İnşaat Universiteti
Əliyev Kamran - 527 bal- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Zeynalov Ələkbər 527 bal- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Bayramov Yusif - 524 bal - Dövlət İdarəçilik Akademiyası
Qiyasli Nəzrin - 521 bal - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mövlazadə Nicat 518 bal - DTX-in Heydər Əliyev adına Akademiyası
İbrahimova Ayan- 515 bal- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mustafayeva Gülşən -512 bal - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Həsənəli Cavid 503 bal - Azərbaycan Texniki Universiteti
Musayeva Nigar 502 bal- Bakı Dövlət Universiteti
Nağiyeva Ləman 500 bal - Xarici Dillər Universiteti


Oxşar Xəbərlər

Xəbər lenti