Tanınmış baş redaktor Emin Eminbəyli Rauf Arifoğlunu dəstəklədi : “Belə insanların parlamentdə təmsil olunması çox önəmlidir” - VİDEO

 

Tanınmış baş redaktor Emin Eminbəyli 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd Rauf Arifioğlunu dəstəkləyib.

Eyni zamanda R.Arifoğlunun vəkili olan E.Eminbəyli aşağıdakıları bildirib: "Azərbaycan Prezidenti jurnalistlərə verdiyi son müsahibədə fəalların, Kütləvi İnformasiya Vasitələri işçilərinin dövlətə nə qədər fayda verəcəyi barədə bilgi verdi. Üstəgəl, Kütləvi İnformasiya Vasitələri işçilərinin parlamentdə təmsil olunması çox təqdirəlayiq haldır.

Çünki Rauf bəy 30 ildir ki, ölkənin ən populyar kütləvi informasiya vasitəsinə rəhbərlik edir. Onun həm iqtisadi, həm də siyasi bilikləri istənilən səviyyədədir. Belə adamların parlamentdə təmsil olunması olduqca önəmlidir.

Belə bir misal var ki, bir axmaqdan 7 məhlə ziyan çəkər. 125 faydasız insandan isə bütün ölkə ziyan çəkə bilər. Maksimum çalışmaq lazımdır ki, o 125 nəfər elə nümayəndələr olsun ki, dövlət, xalq əziyyət çəkməsin.

Ora şou göstərmək meydanı deyil – müğənnilərin, aktyorların yeri deyil. Müğənninin yeri səhnədir, aktyorun, şou nümayəndələrinin yeri də həmin məkandır. Orada hazırlıqlı, iqtisadi-siyasi cəhətdən tam yetişmiş, hərtərəfli insanlar olmalıdır. Bir də vətənə sevgisi, məhəbbəti olan insanlar olmalıdır. O nöqteyi-nəzərdən Rauf bəyin namizədliyini irəli sürməsini tam dəstəkləyirəm”.


 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}