Bakıda sınaq imtahanı adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı - YENİLƏNİB

Bakıda sınaq imtahanı adı ilə evdən çıxdı, sevgilisi ilə qaçdı

 

Bakıda itkin düşən qızın sevgilisi ilə qaçdığı məlum olub.


Sozcu.info xəbər verir ki, valideynlərin müraciətindən sonra Nəsimi RPİ-də araşdırma aparılıb.

Məlum olub ki, 1999-cu il təvəllüdlü Nərmin imtahanda sevdiyi oğlana qoşulub qaçıb. Bu barədə onun ailəsinə də məlumat verilib.

10:02

Bakıda sınaq imtahanına gedən şagird itkin düşüb.

Qafqazinfo xəbər verir ki, vətəndaş N.R. polisə müraciət edərək bildirib ki, fevralın 2-si, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən "Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}