Komitə on dini icmaya pul verdi:Məscid xadimləri radikalizmə qarşı layihələr həyata keçirəcək

Komitə on dini icmaya pul verdi:Məscid xadimləri radikalizmə qarşı layihələr həyata keçirəcək

 

Sentyabrın 22-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 10 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda iştirakçılara ölkəmizdəki dini durum barədə məlumat verilib. Dövlət başçısının ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyəti qeyd edilib.

Dövlətin daim dindarların və dini icmaların yanında olduğu, mütəmadi olaraq İslam və qeyri-islam dini icmalarına maliyyə vəsaiti ayırdığı vurğulanıb. Dini icmalar tərəfindən təqdim edilən layihələrin məqsədinin yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsi, xalqımızın tolerant və multikultural dəyərlərinin ictimaiyyətə dolğun formada çatdırılması olduğu bildirilib, müvafiq Sərəncam dövlətin dinə qayğısının bariz nümunəsi kimi qiymətləndirilib.

Maliyyə vəsaiti ayrılan Göyçay rayonu Potu kənd məscidi dini icması "Tolerantlıq ənənələrinin qorunub-saxlanılması”, Ağstafa rayon Dağ Kəsəmən kənd "Eyyub Ağa” məscidi dini icması "Tolerantlıq – radikalizmə alternativ kimi”, Quba rayonu Zizik kənd məscidi dini icması "Ənənəvi İslam və multikultural dəyərlərin təbliği”, Qobustan şəhəri "Heydər” məscidi dini icması "Gənclərin radikal təsirlərdən qorunması”, Zərdab rayonu Allahqulubağı kənd məscidi dini icması "Dini radikalizm və onun cəmiyyət üçün təhlükələri”, Şəki şəhər mərkəzi "Cümə” məscidi dini icması "Dini radikalizmlə mübarizə hər birimizin borcudur”, Bakı şəhəri Yasamal rayonu "Qasımbəy” Cümə məscidi dini icması "Dini radikalizm və ekstremizmlə mübarizə”, Bakı şəhəri Səbail rayonu İçərişəhər "Cümə” məscidi dini icması "Milli kimliyimizin formalaşmasında dini dəyərlərin rolu”, Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi "Şamlı” məscidi dini icması "Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə”, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi "Şıxlar” məscidi dini icması "Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihələrini həyata keçirəcəklər.Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə keçirdikləri tədbirlərdə iştirakçılara dini maarifləndirmə xarakterli çap məhsulları da təqdim edəcəklər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}