Çindən şok açıqlama: Koronavirusu ABŞ yaradıb

 

Yeganə Hacıyeva: "Koronavirus epidemiyasının bioloji silah kimi istifadəsi haqqında danışsaq...”

Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bəyan edib ki, bizə, yəni Uxan şəhərimizə koronovirus amerikalı hərbçilərdən keçib. Bununla bağlı ABŞ tərəfindən rəsmi açıqlama da tələb olunub. 

XİN sözçüsünün dedikləri gündəm olmaqla yanaşı, bioloji silahlar məsələsini də gündəmə gətirib. Onun fikirlərində həqiqət axtaranlar elə də az deyil. Koronavirusun yayıldığı ilk vaxtlarda burada Amerika izinin axtarılması bu gün ehtimallara daha çox inam yaradır. 

Siyasi şərhçi Yeganə Hacıyeva məsələyə geniş şərh verdi: "Hələ quldarlıq dövründən bəşər övladı rəqibinə qarşı bioloji silah hesab ediləcək vasitələrlə mübarizə üsullarına əl atmışdır. Biz quldarlıq, feodalizm-orta əsrlər adlandırdığımız zamanlarda da müharibələrdə bioloji silahlardan istifadə edilməsi haqqında oxumuşuq. Məsələn, müharibələr zamanı mühasirə altına alınmış şəhərlərin divarlarından infeksiyalaşmış cəsədlər atılması, təmiz su mənbələrinə vəbalı heyvan leşləri atılması faktları haqqında oxumuşuq. Avropanın kilsə tarixi kitablarında Amerika qitələrinin işğalı zamanı istər fransız, istər ispan , istərsə də, ingilislərin yerli əhalinin qırılması üçün su çiçəyi virusundan istifadə etməsi, britaniyalıların yerli əhalinin sayını azaltmaq üçün onlara vəba, xora yoluxdurulmuş yastıq, yorğan verməsi, yoluxdurulmuş ərzaq məhsulları verməsi haqqında fakt, məlumatlar var. Bioloji silahın istifadəsi faktları haqqında daha geniş məlumatlar ikinci dünya müharibəsi zamanı Yaponların Mancuriyadakı müharibə əsirləri üstündə bioloji təcrübələr aparması, əsirləri meningit, vəba və sibir xorası ilə yoluxdurması, minlərlə əsiri bu yolla öldürməsi faktları məlumdur.

Müharibə bitdikdən sonra Yaponiya alimlərini məhkəməyə çıxmarmaq əvəzinə ABŞ bu araşdırmaları və nəticələrini daha sonralar özünün istifadəsi üçün onlardan almışdır. Paralel ikinci dünya müharibəsində digər müttəfiqlər də bioloji silahlar tətbiq edirdilər, məsələn İngiltərə Şotlandiyanın şimal qərbində yerləşən Qruinard adası bölgəsində 1942-1943-cü illərdə Sibir xorası bombası sınaqdan keçirmişdi və bu bakteriya sporları bu sınaqlardan sonra hələ 36 il öz təsirini göstərdi. Sonuncu dəfə bu yoluxma 1980-ci illərdə elə bir geniş vüsət aldı ki 1986-ci ildə ada 230 t formaldehid və 2000 t dəniz suyu ilə təmizlənməli oldu. Onu da deyim ki , ən yeni tarixdə bioloji silahların hazırlanması zamanı da sızmalar faktı da mövcuddur. Belə ki 1979-cu ildə SSSR də, konkret Sverdlovskda bioloji silah hazırlanan zaman bir qrama yaxın Sibir xorası sporları qəza nəticəsində ətrafa yayılır. Gözəgörünməz xora buludu kilometrlərlə məsafə qət edərək rəsmi yüzlərlə insanın (qeyri-rəsmi minlərlə) ölümünə səbəb oldu. Günümüzdə isə Körfəz mühirəbəsi zamanı kəşfiyyatçıların İraqın bioloji silahlardan istifadəsi məlumatı əsasında 150 min ABŞ əsgərinə xora peyvəndi edilir və bir ay müddətdə 30 milyon ədəd oral dozada siprofloksasin ehtiyatı görülür. Ən yeni tarixdə dövlətlərin deyil, terror təşkilatlarının və ən əsası transmilli korporasiyaların bioloji silahlardan istifadəsi faktları məlumdur. Tokyoda 1995-ci ildə Aum Sinrikyo terror qrupu metroda Sibir xorası və zarin qazı ilə terror aktı həyata keçirmiş, lakin xoşbəxtlikdən bu aktın miqyası qrupun planlaşdırıldığı qədər geniş olmamışdır.

Günümüzdə bioloji silahın istifadəsini daha geniş tətbiqini transmilli korporasiyaların üzərinə düşür və onların təbii ehtiyatların ətrafında məskunlaşan yerli əhaliyə qarşı Afrikanın bir neçə ölkəsində, Kolombiyada, Uraqvayda kəyata keçirməsi faktları məlumdur. Günümüzdə bioloji silahların törətdiyi fəasdlarda ən böyük "xidmət” məhz qlobal və transmilli şirkətlərin üzərinə düşür. Rəqib korparasiyaların bir-birlərinə qarşı sabotaj və təxribat məqsədi ilə qida anbarlarını, rəqib milli valyutanın və s. yoluxdurmaqla, istehlak bazarına belə maddələrlə yoluxdurulmuş ərzaq və diğər məmulatlar ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yollarla epidemiyanın zəncirvari reaksiyada yayılmasına və qlobal pandemiya halına keçməsinə səbəb olurlar. Konkret olaraq koronavirus epidemiyasının bioloji silah kimi istifadəsi haqqında danışsaq, onu deyim ki, koronavirusun belə qısa bir zaman ərzində mutasiya olunmasında kənar (insan əli) faktorun rolu danılmazıdr. Alimlərin koronavirusun tərtib etdiyi gen xəritəsindəki qısa müddət ərzindəki mutasiya mərhələsinin təbii yolla həyata keçməsi üçün aşağısı 3, 7, 14 əsr vaxt lazımdır və aydın məsələdir ki, belə qısa müddətdə virus təbii deyil, süni yollarla mutasiya olunub. Koronavirusun yayılması kimin işinə yaradı sualına gəlsək, fikirləşirəm ki , bütün qlobal risklər kimi bu virus da müxtəlif təbəqələrin, dövlətlərin, siyasi-iqtisadi, hərbi təşkilatların, maliyyə və ixrac korparasiyaların işinə yaradı.

Məsələn, əgər koronavirus ilin əvvəlində Çin dövlətinə Hong-Konqda keçən ildən ekstradisiya qanununa etirazla başlayan, sonra müstəqillik tələbi ilə davam edən çoxmilyonluq etirazların yatırılmasına kömək etdisə də, bir ay sonra isə Çin iqtisadiyatına böyük problemlər yaratmağa başladı və koronavirus faktoru Çinin qitələrarası artan nüfuzuna qarşı ABŞ tərəfindən geniş istifadə olundu. ABŞ bu mövzunu İrana qarşı necə daxili, xarici ixrac və s. siyasətində çox geniş istifadə etməsini bir neçə aydır izləyirik. Paralel olaraq ABŞ-ın özünün də qitələrarası nüfuzuna qarşı koronavirus faktoru üçüncü qüvvələr tərəfindən istifadə olundu. Məsələn, maraqlı tərzdə Avropada bu virusdan ölən ən çox insan məhz "Cənub Dəhlizi" layihəsinin Avropada paylayıcı ölkəsi İtaliyada baş verir. Maliyyə korporasiyalarının koronavirus mövzusundakı ajiotajından qazandıqlarını isə milyardlarla hesablanır. Bir sözlə koronavirus mövzusundan qlobal iqtisadi landşaftın bütün təbəqələri qazandı”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}