Aprel döyüşlərinin qəhramanı Murad Mirzəyev haqqında film çəkilir

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Azərbaycan Mətbuat Şurasının birgə layihəsi əsasında dörd günülük aprel döyüşlərinin qəhramanı, Azərbaycanın Milli Qəhramanı, polkovnik Murad Mirzəyev haqqında sənədli filmin çəklişlərinə başlanılıb.
ATXƏM-in Mətbuat xidmətindən bildiriblər ki, tanınmış jurnalist Bəxtiyar Qaracanın "Bitməyən savaşın qəhramanları" seriyasından olan sənədli film ictimayyətə "31 mart Azərbaycanlıların soyqırımı" və milli qəhramanın doğum günü ərəfəsində təqdim olunacaq. Filmdə aprel döyüşlərinin əhəmiyyəti, milli qəhramanın həyat və döyüş yolu haqqında geniş məlumat veriləcək.
Sozcu.info


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}