MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..

MÜŞFİQ BORÇALI ELMİ TƏDQİQAT İŞİNİ MÜDAFİƏ EDİB... TƏBRİK EDİRİK!..

 

TƏBRİK EDİRİK!..

Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami adına Ədəbiyyat İnsti­tu­tunun Elektron Akt za­lında həmin elm müəssisəsinin Filologiya elmləri doktoru və filo­lo­giya üzrə fəlsəfə dok­to­ru elmi də­rə­cəsi almaq üçün təqdim olunan disser­ta­si­ya­la­rın müdafiəsini ke­çirən D.01.131 - Dissertasiya Şu­ra­­sının növbəti iclası olub.

İclası giriş sözü ilə Dissertasiya şurasının sədr müa­vini, Nizami adına Ədəbiyyat İnsti­tu­tu­nun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, pro­fessor Məm­məd Əli­yev açaraq, əvvəl­lcə gündəlikdə duran cari məsə­lələr haqqında dissertasiya şurasının üzv­lərinə mə­lumat verib. Sonra "Ziya” qəzetinin və "Zim.Az” saytının baş redaktoru Müşfiq Bor­ça­lının (Müşviq Mədəd oğlu Ço­ba­novun) "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzu­sun­da yaz­dığı disser­tasiya işi müdafiə olu­nub. 

Professor Məm­məd Əli­yevmüdafiəyə təqdim olunan dis­sertasiyanın aktual­lığından və əhəmiy­yətindən söz açıb, bu mövzunun heç də təsadüfi ol­madığını qeyd edib. O, vurğulayıb ki, dissertasiya işi AMEA Ni­za­mi adına Ədə­­­biyyat İns­titu­tu­nun "XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin əsas elmi tədqi­qat is­ti­­­qa­mətlərinə uyğun bir şəkil­də hazırlanıb. Dis­ser­tan­tın elmi rəhbəri, AMEA-nın vitse-prezi­denti, Ni­za­mi adına Ədəbiyyat İnstitutunun direktoru, aka­demik, Millət vəkili, Milli Məc­lisin Elm və Təhsil Komitəsinin sədri İSA ƏKBƏR oğ­lu HƏBİB­BƏYLİdir. Dis­­­ser­tasiyanın möv­zusu AM­EA Nizami adına Ədə­biy­­yat İnstitu­nun Elmi Şu­ra­­sın­da və Azər­baycan Res­pub­likası Elmi Təd­qi­qatla­rın Əla­­qə­lən­dirilməsi Şu­ra­sı­nın Fi­lo­logi­ya Prob­lemləri üz­rə El­mi Şurasında təsdiq olunub, AMEA Niza­mi adı­­­­na Ədə­­biy­yat İnsti­tutunun "XX əsr (so­vet dövrü) Azər­baycan ədə­biy­yatı" şöbə­sin­­də və institutun elmi se­­mina­rın­da mü­zakirə olu­­na­raq açıq mü­dafiəyə bu­raxılıb. Tədqi­qatın əsas elmi nəti­cələri iddiaçının nəşr olun­muş kitabla­rında, müx­­təlif el­mi nəşr­lər­də dərc et­dirdiyi məqalə və te­zis­­­lərin­də, beynəlxalq kon­frans­lar­dakı mə­ruzələrində öz əksini tapıb.

Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elmlər doktoru, professor İmamverdi Həmidoviddiaçının tərcümeyi-halı və onun müdafiəyə təqdim etdiyi disser­tasiya haqqında məlumat verib, bildirib ki, bütün sənəd­lər qayda­sın­dadır. İddiaçının indiyə kimi mövzu ilə bağlı 8 kitabı və 10 məqaləsi çap olunub. Elmi rəhbərin - akademik İsa Həbib­bəylinin, apa­rıcı təşkilatın - ADPU-nun, rəsmi oppo­nent­lərin və eləcə də bir çox tanınmış alimlərin müsbət rəyləri var.
O cümlədən, Jalә ƏLİ­YEVA(Milli Məclisin üz­vü, Bakı Dövlət Universitetinin Türk filo­lo­giyası ka­fedrasının professoru, filologiya üzrə elmlәr doktoru), Həmid VƏLİYEV (Bakı Dövlət Universi­te­ti­, Beynəlxalq jur­nalistika kafed­ra­sının mü­diri, professor, Gürcüstan Res­publika­­­sının Əməkdar jurnalisti), Vüqar ƏHMƏD(AMEA-nın Nizami adına Ədəbiyyat İns­ti­tutu­nun baş el­mi işçisi, filologiya üzrə elmlər doktoru, profes­sor), Adilxan BAY­RAMOV (Azərbaycan Respublikası Mədə­niy­yət və Tu­rizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin direktor müavini, filolo­giya üzrə elmlər doktoru), Rahilə QEYBULLAYEVA (Ba­kı Slavyan Univer­siteti, Azərbaycan ədəbiy­yatı kafedrası­nın müdiri, filolo­giya üzrə elmlər doktoru, professor), Nizami Tağı oğlu MƏMMƏDOV (TAĞISOY)(Bakı Slav­yan Universiteti, fi­lo­logiya üzrə elmlər doktoru, professor), Əjdər AĞAYEV(Qafqaz Universiteti, pedaqoji elmlər dok­to­ru, professor, Azərbaycan Təhsil Şurasının sədri, Azərbaycan Yazıçılar Birli­yinin üzvü), Elman QULİYEV (ADPU-nun "Azərbaycan və dünya ədəbiyyatı tarixi” kafedrasının pro­fessoru, filologiya üzrə elmlər doktoru), Yaqub BABAYEV (Azərbaycan Dövlət Pedaqoji Univer­siteti, filolo­giya üzrə elmlər doktoru), Məhərrəm HÜSEYNOV - Azərbaycan Dövlət Pedaqoji Univer­si­teti, filologiya fakültəsinin dekan müavini, filologiya üzrə elmlər doktoru, pro­fes­sor), Şikar QASIMOV (Azərbaycan Texniki Universiteti, "İcti­mai fənlər” kafedrasının müdiri, tarix elmləri dok­toru, professor), Həbib MİRZƏYEV(Azərbaycan Texniki Universiteti, "Azərbaycan dili və pe­da­­qo­gika” kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent), Seyfəddin Gülverdi oğlu RZASOY(AMEA-nın Folklor İnstitutunun şöbə mü­di­ri, filo­logiya üzrə elmlər doktoru), Şakir ALBALIYEV (AMEA-nın Folklor İnstitutunun aparıcı elmi iş­çi­­­si, filo­logiya üzrə fəlsəfə doktoru, dosent), Knyaz ASLAN (Bakı Dövlət Universiteti Kitabşünaslıq və nəşriyyat işi ka­fedrasının müdiri, dosent), Kərəm MƏMMƏDOV (Bakı Dövlət Uni­versiteti, tarix üzrə fəlsəfə dok­toru, dosent, "Borçalı” İctimai Birliyinin sədri), Fidanə MUSAYEVA (Bakı Slavyan Universiteti, filologiya üzrə fəl­sə­fə dok­toru, dosent), eləcə də qonşu GÜRCÜSTANdan - Novruz BAYRAMOV (H.Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Univer­si­tetinin rektoru, Gürcüstan Ziyalılar Birliyinin sədri, doktor-professor, Gürcüstan Pedaqoji Elmlər Aka­­­­demiyasının üzvü), Mahmud HACIXƏLİLOV(Ukrayna-Gürcüstan Beynəlxalq İns­ti­tu­­tunun elmi işlər üzrə prorektoru, professor), Hüseyn YUSİFOV(Gürcüstan Azər­baycanlıları Konqresinin sədri), Nizami MƏMMƏD­ZADƏ (Gürcüstan Azərbaycanlı Jurnalistlər Birli­yi­nin səd­ri, Azər­baycanın Respublikasının Əməkdar jurnalisti) və başqa­ları­nın müsbət rəy yazıb göndərdikləri diqqətə çat­dı­rılıb. 

O da bildirilib ki, qardaş Türkiyədən, eləcə də Gürcüstandan, İsrail­dən və Pol­şa­dan da dissertasiya şurasının iclasına in­ternet va­sitəsilə canlı olaraq qoşulmaq arzusunda olanlar da var. Onlardan - Türkiyənin Ərdahan Universitetindən ­­Gürcüstan Milli Elmlər Akademiya­sının hə­qiqi üzvü, filologiya üzrə elmlər doktoru, pro­fes­sor Şurəddin Bahəddin oğlu MƏMMƏDLİ,Gürcüstan Parlamentinin deputatı Azər Mirzə oğlu SÜLEYMANOV, iddiaçının ali məktəb müəllimi olmuş və hazırda Təl-əviv şəhərində yaşayan filologiya üzrə elmlər doktoru, pro­fes­sor Adil Qardaş oğlu MİŞİYEV, Polşa Elmlər Akademiyasından - Polşadan Varşava Uni­ver­sitetinin əməkdaşı, Mə­leykə HÜSEYN və baş­qaları internet vasitəsiiə iddiaçıya öz təbriklərini və ürək sözlərini ünvanlamışlar.

Dissertasiya ilə bağlı məlumatlandırmadan sonra elmi iş Müdafiə Şurasının üzvlərinin və tədbir iş­tirakçılarının mü­zakirəsinə verilib. 

İddiaçı müdafiəyə təqdim olunan tədqiqat işinin qısa məzmunu haqqında çıxış edib. 
Bildirib ki, dissertaya giriş, hər biri müx­tə­lif ya­rım­fəsilə bö­lün­mək­­­lə üç fəsil, nəticə və istifadə olunmuş ədə­biyyat siyahı­sın­­dan iba­rətdir.

"Giriş"də araşdırılan mövzunun aktuallığı, elmi ye­ni­liyi, məq­səd və vəzifə­lə­ri, təd­­­­qiq ta­­ri­xi, ob­­yekti, prak­tik əhə­miyyəti, nəzəri-me­todoloji əsasları, apro­ba­si­ya­sı və digər məsə­lələr yığcam şəkildə öz əksini tapmışdır. 

Mövzu ilə bağlı məlumat verən Müşfiq Bor­çalıtədqiqat işinin elmi yeniliyini, ümumiləşdirərək qənaətə gəldiyi nəticəni diqqətə çatdırıb. Bildirib ki, Gür­cüstanda yaşa­yıb-yaradan şair və yazıçı­ların hə­yat və ya­ra­dıcılıq yollarını, ədəbi inkişaf meyil­lərini öyrən­mək, onların bədii ya­ra­­­dı­­cı­­lıq­larını ət­raflı şə­kil­də təhlil et­mək və araşdrı­maq, tədqiqat işinin əsas elmi ye­­­ni­liklə­rin­dən­dir. Azər­baycan ədə­­biyyat­şünaslığında epi­zo­dik şə­kil­də toxu­nu­lan bu prob­­­lem ilk də­­fə olaraq təd­qi­qat obyekti ki­mi götü­rülərək araş­­dırma ob­yek­tinə çev­ril­mişdir. Disser­­tasiyada Gürcüstanda yaşayıb-ya­ra­dan yazıçı­ların ümum­azər­bay­can ədəbi pro­­­se­sin­dəki yerləri və möv­qeləri müəy­yən­ləş­dirilir.

"Gürcüstanda ədəbi-ictimai mühit və Azərbaycan poe­ziyasının inkişaf təma­yül­ləri” adlanan birinci fəsildə prob­lem - "Gürcüs­tanda ye­ni ədəbi-ictimai mü­hit və onun xarak­teri”, "Milli poetik ənə­nələr və aşıq şeiri”, "Gür­­cüstanda Azərbaycan poe­­­­ziyasının yeni yara­dıcılıq me­yil­ləri” başlıq­ları al­tında üç yarım­fəsildə təhlil olu­nur. Gürcüstandakı Azərbaycan ədəbi mühitinin tarixinə qısa bir nəzər salınır, Bor­ça­lı aşıq məktəbinin və elə­cə də bu mühütdən qay­naq­lanan çağdaş poeziyanın ta­nın­mış nü­mayəndələrinin yara­dıcılığı ilk dəfə ola­­raq el­­mi tədqi­qata cəlb olu­nur. 

"Gürcüstanda yaranan Azərbaycan nəsr və drama­tur­gi­ya­sının inkişaf problem­ləri” adla­nan ikinci fə­sildə problem "Nəsrin mövzu, janr və forma müəyyənliyi” və "Drama­tur­giyada ob­raz, möv­­zu, süjet və kompozisiya problemləri” başlıqları altında iki ya­rım­fəsildə ümu­­miləşdirilir. 

"Gürcüstanda Azərbaycan dilində yaranan ədəbiy­yat­şünaslıq, ədəbi əlaqələr və bədii tərcümə məsələləri”ad­la­­nan üçüncü fəslin birinci yarımfəslində "Ədəbiy­yat­şünasalıq və ədəbi tənqid” bir prob­­­lem kimi qoyulur və ilk dəfə ətraflı təhlilini tapır. Əlbəttə mövcud mühitdə mə­­­sələlər tək­cə bədii nümunələrin yaranması ilə bit­mirdi. Ayrı-ayrı qəzet, jur­nal sə­­­­hi­fə­lə­rində çıxan bədii nü­munələrə, eləcə də ki­tab­lara ədəbi tən­qi­din ob­yek­tiv mü­­na­si­bə­ti vardı. Da­ha sonra "Ədəbi əlaqələr və bədii tərcümə” məsələsi bir prob­lem ki­mi qo­yulur, eləcə də Azər­baycan-gürcü ədəbi əlaqə­ləri və bədii tər­cü­mə mə­sə­lələri də təd­qiqatın verdiyi imkanlar daxilində ilk dəfə araşdır­maya cəlb edilir.

Sonra Dissertasiya Şurasının elmi katibi filologiya üzrə elm­lər doktoru, professor İmamverdi Həmidov aparıcı təşkilatın rəyini diqqətə çatdırıb. 

Sonra söz rəsmi opponentlərə verilib. Azərbaycan Respub­likasının Prezi­denti yanında Dövlət İda­rəçilik Aka­demiyası, Dillər kafedrasının müdiri, Əməkdar müəllim, filologiya üz­rə elmlər doktoru, professor Akif BAYRAMOV və Bakı Slav­yan Universitetinin sabiq rektoru, filologiya üzrə elmlər dok­toru, professor Asif HACIYEVçıxış edərək müdafiəyə təqdim olunan disserta­sıyanı yüksək qiy­mət­ləndiriblər. 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mü­kafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Mə­hərrəm Qasımlı,"XX əsr (sovet dövrü) Azər­baycan ədə­biy­yatı" şö­bə­sinin müdiri, filologiya üzrə elmlər doktoru, pro­fessor Şirindil Alışanlı, Mət­buat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və başqaları çıxış edərək, xüsusi olaraq dissertasiyanın elmi əhəmiyyətini vur­ğulayıblar.

Müəllif tövsiyələri dinləyib, mövzu ilə bağlı sualları ca­vablandırıb. 

Müdafiənin davamında professor Məm­məd Əli­yevyekun rəyi dissertasiya şurasının üzvlərinin diq­qətinə çatdırıb, səs­vermə komissiyasının tərkibini açıqlayıb və dissertasiya işi qapalı səsverməyə qoyulub.

Səsvermənin nəticələri elan olunub: Müşfiq Borçalının "Gür­cüstanda Azərbaycan Ədə­biyyatının in­kişaf meyilləri (1960-2010)” mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanın yekdilliklə qəbul edildiyini açıqlayıb.

Sonda iddiaçı Dissertasiya Şurasının rəhbərliyinə, üzv­lərinə, elmi rəhbəri akademik İsa Həbibbəy­liyə, rəsmi op­ponentləri - professorlar Akif Bayramova və Asif Hacı­yevə, aparıcı müəs­sisəyə - şəxsən, Azərbaycan Dövlət Pe­daqoji Uni­versitetinin rek­­toru, pro­fessor Cəfər CƏ­FƏ­ROVa elmi işlər üzrə pro­rektor, professor Asəf ZAMA­NO­Va, eləcə də Azərbaycan və dünya ədəbiyyatı kafed­rasının müdiri, pro­fessor Hi­ma­lay Qa­sı­mo­va, həmçinin mü­zakirədə fəal iştirak etmiş kafed­ranın bütün əmək­daşla­rına, xüsusilə də pro­fessorlar Təyyar Sa­lam­oğluna, Elman Quliyevə, Mahmud Al­lah­manlıya, Ya­qub Ba­bayevəvə baş­qa­larına, istər müzakirə, istərsə də seminar zamanı əsəri diqqətlə oxuyub müsbər rəy yazan alimlərə - Seminarın rəhbəri: Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini, Azərbaycan Aşıqlar Birliyinin sədri, Respublika Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru, professor Məhərrəm Paşa oğlu QASIMLIya, filologiya üzrə elmlər doktoru Məhəmmədəli Mustafa oğlu MUSTAFAYEVə, filologiya üzrə fəlsəfə doktoru Qurban Fərman oğlu BAYRAMOVa, XX əsr (Sövet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Şirindil ALIŞANLIya, filologiya üzrə elmlər doktorları, professorlar Bədirxan ƏHMƏDOVa, Əlizadə ƏSGƏRLİyə, Filologiya üzrə fəlsəfə doktorları Şahbaz Şamı oğlu MUSAYEVə, İlham MƏMMƏDLİyə, Müdafiəyə buraxılmaq üçün EKSPERT RƏYİ yazmış filologiya üzrə elmlər doktorları, professorlar Gülər ABDULBƏYOVAya və Alxan Bayramoğluna (MƏMMƏDOV), eləcə də müdafiədə iştirak edən elm və ictimaiyyət nüma­yən­də­lərinə öz təşəkkürünü bil­dirib.

Qeyd edək ki, Müşfiq Borçalının dissertasiya müdafiə­sində Dissertasiya Şurasının üzvləri ilə yanaşı, bir çox tanınmış elm və ictimaiyyət nümayəndələri də, o cümlədən, Respublika Təhsil Şura­sının sədir, pro­fessor Əjdər Ağa­yev, Azər­baycan Respublikası Mə­də­niy­yət və Tu­rizm Nazir­liyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mər­kəzinin direktor müavini, filolo­giya üzrə elmlər dok­toru Adilxan Bayramov, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, filolo­giya üzrə elmlər dok­toru, pro­­fessor Mədəd Çobanov,"Borçalı” İctimai Birliyinin həmtəsisçisi, professor, şair Hidayət Nuriyev, AMEA Ədəbiyyat İnstitutunun "Ədəbiy­yat­şünaslıq+bədii yaradı­cılıq" bir­liyinin rəhbəri, filolo­giya üz­rə elmlər dok­toru, pro­fessor, şair Vüqar ƏhmədAzər­­baycan Aşıq­lar Bir­liyi­nin katibi, Əməkdar mədə­niyyət işçisi Musa Nəbioğ­lu,Gürcüstandan gəlmiş "Şərəf” ordenli yazıçı Əli Ab­bas,Beynəlxalq Poe­zuya mükafatları lau­reatı, "Şərəf” ordenli şair Nizami Saraçlı və digər elm adamları, icti­maiy­yət üzv­ləri iştirak edib.

Biz də "Yeni Sözçü” qəzetinin  yaradıcı heyəti və oxucuları adından Müşfiq Borçalını yeni elmi dərəcə alması münasibətilə ürəkdən təbrik edir və ona elmi fəa­liyyətində yeni-yeni uğurlar arzulayırıq!..
Sozcu.info






Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}