Biləsuvarda pambıq qəbulu məntəqəsi yanır

 

Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində baş verən yanğın söndürülüb.

"Report"un məlumatına görə, yanğının baş verdiyi məntəqədə hər birində 80 ton pambıq olmaqla yeddi taya yığılıb. Hələlik məlum olmayan səbəblərdən həmin tayalardan birində yanğın baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Biləsuvar rayon YMH-nin əməkdaşları yanğının digər pambıq tayalarına keçməsinin qarşısını alıblar.

İlkin məlumatlara görə, yanğın zamanı 500 kiloqramdan çox pambıq yanıb.

Faktrla bağlı araşdırmalara başlanılıb.

***16:21

Biləsuvar rayonunda pambıq qəbulu məntəqəsində yanğın başlayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Əsgərabad kəndi ərazisində yerləşən məntəqədə baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin (YMH) texniki və canlı qüvvəsi cəlb olunub.

Hazırda yanğın davam edir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}