Bakıda mənzildən 10 min dollarlıq QIZIL OĞURLANIB

Bakıda mənzildən 10 min dollarlıq QIZIL OĞURLANIB

 

Bakıda mənzildən ana və qızına məxsus  10 min dollarlıq qızıl-zinət əşyaları oğurlanıb.

 

Sakinlərin Sozcu.info-nun verdiyi məlumata görə, hadisə "Yeni Günəşli” qəsəbəsi, "V” yaşayış sahəsi, ev 6, mənzil 20-də qeydə alınıb.

 

Hadisə zamanı mənzil sahibi evdə olmayıb. Naməlum şəxs və ya şəxslər bundan istifadə edərək, mənzilin arxa eyvanındakı dəmir barmaqlıqları xüsusi avadnlıqla kəsib. Evə daxil olan şəxs və ya şəxslər təxminən 10 min dollarlıq qızıl və briliyyant aparıblar.

 

Oğrular evdə pul tapmadıqlarından qızılla kifayətləniblər.

 

Bildirilir ki, mənzil sahibinin anasının evində (onun da evi "Yeni Günəşli”dədir) təmir getdiyindən o öz qızılını saxlaması üçün qızından xahiş edib (oğurluq edilən mənzildə).

 

Faktla bağlı araşdırma aparılır.

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}