Z.Səmədzadə: “Vergi ödəyicilərinin sayını artırmaq lazımdır”

 

Fevralın 13-də Bakıda Vergilər Nazirliyinin təşkilatçılığı ilə "Vergi. Şəffaflıq. İnkişaf" mövzusunda konfrans işinə başlayıb.

Vergilər nazirinin müşaviri Elçin Məmmədov konfransın əhəmiyyətindən danışıb və bugünkü tədbirin vergi işçilərinin peşə bayramına təsadüf etdiyini qeyd edib.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son dövrlər vergi sahəsində həyata keçirilən tədbirlərdən danışıb. Bildirib ki, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməsi ilə bağlı problem olmayib. "Vergi ödəyicilərinin sayını artırmaq lazımdır”, - deyən Z.Səmədzadə hesab edir ki, vergi ödəyicilərinin sayının sivil qaydada artırılmasına nail olunmalıdır.

"Azərbaycanın son 15 ildə əldə etdiyi uğurların ən başlıca amili ölkədə yeni iqtisadi sistemin qurulmasıdır. Yeni iqtisadi sistem ölkənin inkişafını təmin edib. Bu sistemin əsas istiqamətlərindən biri büdcə-vergi sistemidir. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin iqtisadi həyatında mühüm hadisə olub. Risklərin artdığı şəraitdə sabit maliyyə resurslarının təmin edilməsində də vergi sisteminin rolu böyükdür",- deyə komitə sədri qeyd edib. (AzərTAc)



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}