Sevgililər günündə Sumqayıtda sevgilisi ilə görüşən gənc döyülüb

 

Sumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb. Hadisə fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib.

Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb.

Məlumata görə, N.Hüseynov sevdiyi qızla görüşən zaman qızın qohumları tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}