“Qarabağ”ın keçmiş rəqiblərinin oyunu 4:1 hesabı ilə yekunlaşıb

 Bu gün UEFA Avropa Liqasında 1/16 final mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib. Bu mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş baş tutub.

Cari mövsümdə "Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş Danimarkanın "Kopenhagen” klubu ilə Madridin "Atletiko” komandasının dueli qarşılıqlı idman mübarizəsi şəraitində keçib. Matçın sonunda sevinən tərəf Madrid təmsilçiləri olublar - 4:1.

Londonun "Arsenal” klubu səfərdə İsveçin "Ostersund” kollektivinə qalib gəlib - 3:0. "Ludoqorets”in qonağı olan "Milan” da rəqibin qapısından üç cavabsız top keçirib. Dortmund "Borussiya”sı isə öz meydanında "Atalanta”nı son dəqiqələrdə vurulan qolla məğlub edə bilib - 3:2 . Günün mərkəzi görüşlərindən sayılan "Lion” və "Vilyarreal” klublarının qarşılaşmasında qalib tərəf meydan sahibləri olublar - 3:1.

Günün digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

"Astana” (Qazaxıstan) – "Sportinq” (Portuqaliya) - 1:3

"Marsel” (Fransa) – "Braqa” (Portuqaliya) - 3:0

"Nitsa” (Fransa) – "Lokomotiv” (Rusiya) - 2:3

"Real Sosyedad” (İspaniya) – "Zalsburq” (Avstriya) - 2:2

"Spartak” (Moskva, Rusiya) – "Atletik” (İspaniya) - 1:3

AEK (Yunanıstan) – "Dinamo”(Ukrayna) - 1:1

"Seltik” (Şotlandiya) – "Zenit” (Rusiya) - 1:0

"Styaua” (Rumıniya) – "Latsio” (İtaliya) - 1:0

"Napoli” (İtaliya) – "Leypsiq” (Almaniya) - 1:3

"Partizan" (Serbiya) – "Viktoriya” (Çexiya) - 1:1.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}