Moskva polisi məşhur azərbaycanlı bloqeri saxladı

 

Tanınmış azərbaycanlı bloqer Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, o, "Instagram” hesabında paylaşdığı videoya görə polis şöbəsinə aparılıb.

Belə ki, bankda oğurluq edəcəyi barədə yumoristik video çəkən və həmin görüntüləri sosial media hesabında yayımlayan Hüseynin yaşadığı mənzilə paylaşımdan sonra polislər gəlib.

Onlar öncə mənzildə axtarış aparıb, daha sonra Hüseyn və dostunu polis şöbəsinə apararaq dindiriblər.

Qeyd edək ki, "Instagram”da 4,5 milyon izləyicisi olan video-bloqer cinayət haqqında yalan informasiya yaymaqda ittiham olunur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}