Şəmkirdə sərnişin taksi sürücünü öldürdü

 

Şəmkir rayonunda sərnişin takisi sürücüsünü qətlə yetirib.

"Report” xəbər verir ki, hadisə rayonun İrmaşlı kəndinə baş verib.

Belə ki, Şəmkirdə taksi sürücü kimi fəaliyyət göstərən rayon sakini, 1954-cu il təvəllüdlü Arif Mürsəl oğlu Yusibovun idarə etdiyi 21-BC-893 dövlət qeydiyyat nömrə nişanlı, "VAZ-2105" markalı avtomobilinə sərnişin qismində əyləşən 1993-cü il təvəllüdlü İsgəndərov Ayvaz İsmayıl oğlu sürücüyə rayonun İrmaşlı kəndinə gedəcəyini deyib və maşını həmin kəndə sürdürüb.

Ora çatanda sərnişinlə sürücü arasında gediş haqqı üstündə mübahisə düşüb. Nəticədə A.İsgəndərov sürücünü bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan A.Yusibov yerləşdirildiyi xəstəxanada ölüb.

Hadisədən sonra A.İsgəndərov qaçsa da, polis onu saxlayaraq istintaqa cəlb edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə ) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}