Ermənistanı dövlət kimi tanımayan Pakistana Azərbaycanı sevdirən böyük insan – HACI ZEYNALABDİN TAĞIYEV

Ermənistanı dövlət kimi tanımayan Pakistana Azərbaycanı sevdirən böyük insan – HACI ZEYNALABDİN TAĞIYEV

 

Onun adı Pakistanın tarix dərsliklərinə salınıb

Hurriyyet.org xəbər verir ki, Pakistan və Azərbaycanın yaxın qardaşlıq əlaqələri tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya xəstəliyi yayılıb. İnsanlar bu ağır xəstəlikdən kutləvi şəkildə dünyasını dəyişirdi. Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb indiki Pakistan ərazisinə göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edirlər. Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə Azərbaycanı dəstəkləyir.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}