İŞİD liderinin bacısına edam cəzası verildi –İraq məhkəməsindən hökm

İŞİD liderinin bacısına edam cəzası verildi –İraq məhkəməsindən hökm

 

İraq məhkəməsi İŞİD-in keçmiş lideri Əbu Ömər Bağdadinin bacısını ölüm cəzasına məhkum edib.

Bu barədə "Al Sumaria” telekanalı informasiya yayıb.

"İraq Mərkəzi Məhkəməsində mütəhimlərdən birinin işinə baxılıb. Bu Əl-Qaidə terror qruplaşmasının liderlərindən Əbu Ömər Bağdadinin bacısı olub”, – məhkəmə nümayəndəsi Əbdülsəttar Bərəkdar deyib.

Bərəkdar qərarın İraqın terrorla mübarizə qanunlarına əsasən qəbul edildiyini bildirib. O, həmçinin edam cəzası verilən qadının terror qruplaşmalarında iştirakını etiraf ediyini, terrorçulara maliyyə dəstəyi verdiyini açıqladığını bildirib. Qadın həyat yoldaşının da bir qədər əvvəl edam edildiyini vurğulayıb.

Qeyd edək ki, İŞİD lideri Əbu Ömər Bağdadi 2010-cu ildə aviazərbələr nəticəsində öldürülüb və onun yerinə İŞİD rəhbəri Əbubəkr Bağdadi seçilib/Axar.az.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}