Ceyhun Bayramov İran səfirini qəbul edib
MEDİA çağırış etdi
Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı
Bu universitet publik hüquqi şəxsə çevrildi -
Baş nazirdən qərar
Milli Məclis 18 məsələyə görə iclas ÇAĞIRDI
30 dərəcə isti olacaq –
Sabahın havası
Hacı Nuran 1 milyon manatı haradan alıb? -
Ağlasığmaz iddia
Azərbaycanda daha bir bank bağlanır –
RƏSMİ AÇIQLAMA
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Türkiyə İsrail və İrana
çağırış etdi
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Əvvəlki
Sonrakı
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
18-04-2024, 19:45
Paşinyan istefa verir
1-04-2024, 15:01
Nardaran və Maştağada əməliyyat
– Müsəlman Birliyi Hərəkatının üzvü saxlanıldı / FOTO
16-03-2024, 14:33
VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ: Artıq üç uşağı olan şəxslər...
14-03-2024, 23:00
Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir?
11-03-2024, 15:40
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Ağsaqqal, niyə gülürsən?”
Seymur VERDİZADƏ
***
Dostum sənətdən anlamasa da, arvadının arzusuna uyğun olaraq, arabir teatrlara, əyləncəli tədbirlərə gedir. Mənə də bilet aldığı üçün dörd-beş gün əvvəl onlara qoşulub, teatra getdim. Mən onsuz da mədəni-kütləvi tədbirlərdə tez-tez iştirak edirəm. Amma dostumun zövqünü yoxlamaq üçün bu dəfə onun təklifindən imtina etmədim...
Sabit Rəhmanın başmağını geyinənlər, özlərini Bəşir Səfəroğlunun, Lütfəli Abdullayevin varisi hesab edənlər bu missiyanın öhdəsindən layiqincə gələ bilmədikləri üçün maraqlı bir tamaşa izləyəcəyimizə əvvəlcədən inanmamışdım. Di gəl ki, salonu tez-tez şaqraq qəhqəhə sədaları bürüyür, sağımda, solumda əyləşən adamlar uğunub özlərindən gedirdilər.
Bizdən qabaqda oturan iki zırrama isə tez-tez ayaqlarını yerə döyməklə əməlli-başlı zəhləmi tökürdülər. Axırda özümü saxlaya bilməyib, dostumu dümsüklədim:
"Niyə gülürsən?”
Cavabı belə oldu: "
Biletlərə bir ətək pul vermişəm. İstəmirəm mayam batsın”.
Bu dəfə mən güldüm. Həm də ürəkdən...
Maraqlısı isə o idi ki, dostum hər dəfə güləndə özü kimi səy olan arvadı da ona qoşulub, özündən gedirdi...
Birinci hissə başa çatandan sonra çay içmək üçün foyeyə çıxdıq. Qarmaqarışıqlıqdan istifadə edib, dostumu məzəmmət etməyə başladım:
"Elxan, sənin bu qədər zövqsüz adam olduğunu bilmirdim. Aktyor əlini saçına aparanda da, uğunub özündən gedirsən...”
Dostum ətrafa göz gəzdirib, həyat yoldaşının bizi eşitmədiyinə əmin olandan sonra belə dedi:
"Arvadımın xatirinə belə edirəm. Əgər gülməsəm, evdə günümü qara edəcək ki, niyə məni maraqsız tamaşaya apardın?”
İkinci hissə birinci hissədən də mənasız idi. Buna baxmayaraq, gülüş sədaları bir dəqiqə belə ara vermirdi. Jurnalist marağı güc gəldiyi üçün sağ tərəfimdə əyləşən kişiyə tərəf çevrilib, ondan soruşdum:
"Ağsaqqal, niyə gülürsən?”
Cavab unikal idi:
"Aktyorları həvəsləndirirəm...”
Ağsaqqalın sayəsində iki saat ərzində ikinci dəfə güldüm...
Ötən həftə özəl televiziya kanallarının birində qonaq idim. Çəkiliş zamanı aparıcı gənc müğənnidən yumorla arasının necə olduğunu soruşdu. Oğlan cavab vermək əvəzinə gülməyə başladı. Aparıcı üzünü bozartdı:
"Niyə gülürsən?”
Müğənni özünü yığışdırıb, belə dedi:
"Vərdiş etmişəm”.
Qonaqların da aparıcıya qoşulub, təəccüblə ona baxdığını görəndə, əlavə izahat verməli oldu:
"Məni qınamayın. Kim qabağıma çıxrsa, işimin xatirinə onun üzünə gülürəm. Danışmazdan əvvəl gülmək məndə vərdişə çevrilib”.
Studiyadan şaqraq qəhqəhə sədaları yüksəldi...
Hamı gülüb yorulandan sonra oğlan daha bir etirafda bulundu:
"Yalançı gülüşlər üzümdə qırışlar yaradıb...”
Səhər işə gələndə tanışlarımdan birinin çoxdan görüşmədiyim oğlu ilə qarşılaşdım. Hal-əhval tutandan sonra gülə-gülə belə dedi:
"Atam dünən sizin qəzeti almışdı. Məqalənizi çox bəyəndim...”.
Çap mətbuatı ilə dörd il əvvəl vidalaşdığım üçün onun yalan danışdığına zərrə qədər də şübhəm yox idi. Amma cavan olduğunu nəzərə alıb, bunu Amilin üzünə vurmadım. Biz bir qədər ordan-burdan söhbət edəndən sonra oğlan sifətinə süni ifadə verib, mənimlə sağollaşmaq istədi.
Bu vaxt onu diqqətlə nəzərdən keçirdim. Cavan olsa da, nazik qırışlar sifətində özünə yer eləyə bilmişdi. Ötən həftə tanış olduğum gənc müğənninin sözlərini xatırlayıb, qeyri-ixtiyari dilləndim: "
Sən də tez qocalacaqsan
”.
Oğlan halını da pozmadı:
"Bizdə nəsillikcə belədir. Atam da, babam da vaxtından əvvəl qocalıblar...”
Amil bu sözləri deyib, yenə güldü. Sifətindəki nazik qırışlar indi daha aydın görünürdü...
Missiya.az
Oxşar Xəbərlər
Xocalı yürüşündə qəhqəhə çəkib gülən 4 deputatın başı dərddə
Putin: “Heç kəs Rusiyaya onun öhdəsindən gələ bilməyəcəyi problem yarada bilməz”
Beytulla Hüseynov: “Bütün göstərişləri rəhbərlikdən almışam”
“Sənin iki yox, üç övladın var” - Hüseyn Cavid haqda nələri bilmirik?
Xəbər lenti
Ənvər Börüsoyun adı gələndə…
Ceyhun Bayramov İran səfirini qəbul edib
Biləsuvarda DƏHŞƏT:
76 yaşlı qadın yaylığı ilə özünü asdı
MEDİA çağırış etdi
Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı
Bu universitet publik hüquqi şəxsə çevrildi -
Baş nazirdən qərar
Qərar verildi: Bu verilişlər bağlanır -
Dəqiq tarix
Milli Məclis 18 məsələyə görə iclas ÇAĞIRDI
30 dərəcə isti olacaq –
Sabahın havası
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
Hacı Nuran 1 milyon manatı haradan alıb? -
Ağlasığmaz iddia
Sevgilisini öldürüb, özünü bıçaqladı -
Bakıda dəhşət
Azərbaycanda daha bir bank bağlanır –
RƏSMİ AÇIQLAMA
Gürcüstanda ikinci əl avtomobil bazarında böhran yaşanır
Türkiyə İsrail və İrana
çağırış etdi
G7 İranı hədələdi:
Rusiyaya silah vermə...
Bakı milyonçusunun evi bu qiymətə satılır -
VİDEO
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Delimitasiya prosesi Alma-Ata Bəyannaməsinə əsaslanacaq
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ
Dollar ucuzlaşdı
İran konsulluğuna hücum edən saxlanıldı
Bakı və İrəvan sərhəd xidmətləri barədə razılığa gəldi
"Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir" -
İran rəsmisi
Lalə Azərtaşın verilişi bağlanır
Tərəflər razılığa gəldi:
Qazaxın bu kəndləri qaytarılır - Adlar
İranın Parisdəki konsulluğuna hücum edildi –
Təcili
İlham Əliyev Moskvaya gedir
Bankların kredit fırıldağı -
Müştərini belə aldadırlar
Məşhurlar televiziyaların paxırını açdılar:
“Yatağa girib irəli gedirlər”
22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırdı
Abel Məhərrəmov məhkəməyə verildi
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
Azərbaycanda ŞOK FIRILDAQ -
750 manata Rusiyadan alınan “prava” ASAN Xidmətdə DEŞİFRƏ OLDU
Azərbaycanda sayt rəhbəri saxlanıldı
Xəstəxana körpələri səhv saldı: anaya başqasının uşağı verilib
Makron inkar etdi:
Rusiyadan daha az qaz alırıq
Daha bir ölkədə güclü zəlzələ BAŞ VERDİ
Gecələr AC qalmağın inanılmaz faydaları
Canına qəsd edən qazinin atası:
“Azyaşlı qızlarına ürəyi istəyəni ala bilmirdi” – Fotolar
31 min müəllim üçün vacib xəbər -
İyunun 24-də...
Kişi arvadının boşanmaq istəyinə görə uşaqlarını öldürdü
Pensiyaların ödənişi ilə bağlı rəsmi -
Açıqlama
SON DƏQİQƏ!
Türkiyədə GÜCLÜ zələzələ oldu
Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında
Ağaclar qanunsuz kəsildi: 13 minlik ziyan...
Prezident İlham Əliyevin uzaqgörənliyi ölkəmizi su itkisindən azad edəcək
Şirvan su kanalının açılışı gələcəkdə təsərrüfatımıza müsbət təsir göstərəcək
PRİZMA
Ənvər Börüsoyun adı gələndə…
MÜSAHİBƏ
1
2
3
4
5
6
Vahid Ələkbərovun keçmişi: "O, İdrisin cənazəsi ilə otaqda tək qaldı...."
- "Dedi ki, şalvarım cırıq olduğuna görə qalxıb oynaya bilmədim…”
Qatil əhmədləri elə televiziyaların belə proqramları yetişdirir...
-Müsahibə
Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibə
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibəsi
Zeynəb Xanlarovadan SƏRT SÖZLƏR:
"Sübut edin ki, demişəm uşaqpulu verilməsin, 50 ildir..." + VİDEO
Prezident İlham Əliyevin “Euronews” televiziyasına verdiyi müsahibə
TƏHLİL
"Rusiyanın bu ildən salamat çıxa biləcəyinə çox böyük şübhəm var" -
XAQANİ CƏFƏRLİ
SOSİAL
1
2
3
4
5
6
Qərar verildi: Bu verilişlər bağlanır -
Dəqiq tarix
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
Sabunla yuyunmanın təhlükəsini
AÇIQLANDI
Buraxılış imtahanının nəticələri AÇIQLANDI
Bu qadınlar pensiyaya tez çıxacaq -
Təsdiqləndi
MM təsdiqlədi:
bu vəzifəli şəxslərin maaşı artırıldı
{sape_links}{sape_article}