BÖLGƏDƏ SOYQIRIM EDƏCƏKLƏR! - HƏRBİ KOMANDİRLƏR AÇIQ-AŞKAR ELAN ETDİ

BÖLGƏDƏ SOYQIRIM EDƏCƏKLƏR! - HƏRBİ KOMANDİRLƏR AÇIQ-AŞKAR ELAN ETDİ

 

Anlaşılmaz Yaxın Şərq: Səudiyyə "alimlər”indən fələstinlilərin qətlinə dəstək fətvası ilə yəhudi jurnalistin ərəblərin haqqını qoruması təzadı

Hurriyyet.org xəbər verir ki, Qəzzada 18 nəfər fələstinlinin şəhid edilməsi xəbərinin əks-sədası davam elədiyi halda, İsrail bütün qınamalara rəğmən, dinc nümayişçilərə qarşı hücumların davam etdiriləcəyini bildirib. İsrail mətbuatına məlumat verən hərbi rəhbərlər sərhəd boyunca yerləşdirilmiş snayperlərin öz işlərinə davam edəcəyini bildiriblər. "Haaretz” qəzeti hərbi mənbələrdən sitat gətirərək yazır: "Cümə günü olduğu kimi Qəzzadakı nümayişçilərə qarşı müdaxilələrimizə davam edəcəyik”.

İsrail hərbçilərinin Qəzza sərhədində 18 nəfər fələstinlini şəhid etməsinə etirazını bildirən İsrail ordu radiosunun spikeri Kobi Meidanın işdən çıxarıldığı bildirilib. Fələstin Torpaq Günü münasibətilə keçirilən dinc nümayişlər zamanı fələstinlilərin qətlə yetirilməsinə etiraz edən Meidan sosial şəbəkədəki paylaşmasında "İsrailli olduğum üçün utanıram” demişdi. Bundan sonra onun işdən çıxarılması əmri verilib.

Səudiyyə "alimlər”inin "fətva” dəstəyi

İsrail keçirdiyi soyqırımlara haqq qazandırmaq üçün Səudiyyə Ərəbistanındakı bəzi "alimlər”in onu dəstəkləyən fətvalarına istinad edib. İsrail ordusunun mətbuat katibi Aviçay Adraee, paylaştığı görüntülü mesajında Səudiyyə alimlərinə istinad edib. Adraee, Səudiyyə Ərəbistanı Yüksək Alimlər Heyətinin "Nümayiş və etirazlar müsəlmanların işi deyil” fətvasını sitat gətirib. Qeyd edək ki, Səudiyyə Ərəbistanının müftisi və alim olan Əbdüləziz Əl Şeyx 2017-ci ilin iyulunda bir televiziya proqramında "İsrailə qarşı döyüşməyin caiz olmadığını” bəyan eləmişdi.

Hurriyyet.org



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}