Bakının mərkəzində nəqliyyatın hərəkəti bir həftəlik qadağan olunur

 

"Formula-1" üzrə Azərbaycan Qran-prisində konsert və əyləncə proqramlarının Kristal Zalda keçirilməsi ilə əlaqədar Azneft dairəsindən Dövlət Bayraq meydanına qədər olan hissədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

O bildirib ki, yalnız icazə sənədi olanlar bu əraziyə buraxılacaqlar: "Aprelin 25-dən mayın 1-dək Dənizkənarı Bulvarın Dəniz Vağzalından Azneft dairəsinə qədər olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışna icazə veriləcək".

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 27-dən 29-dək keçiriləcək.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}