Azərbaycan tankları hücuma keçib?

 

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və döyüş texnikasının cəmləşməsi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Sozcu.info -a bildirilib ki, Ermənistan mətbuatının qoşunların təmas xəttinə yaxın ərazilərdə guya Azərbaycan Ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşməsi ilə əlaqədar yaydığı video növbəti təxribatdır: "Nümayiş etdirilən kadrlar Azərbaycan Ordusunun planlı surətdə keçirdiyi təlimlərdə qoşunların yerdəyişməsi zamanı uzaq məsafədən və müxtəlif rakurslardan çəkilərək montaj edilib.

Ermənistandakı kütləvi etirazlardan ciddi narahatlıq keçirən hərbi-siyasi rejim bu cür təxribat xarakterli xəbərləri yaymaqla öz xalqını qorxu içində saxlamaqda davam edir.

Müdafiə Nazirliyi bildirir ki, baş verə biləcək təxribatlara qarşı müvafiq tədbirlər görüləcək”.

*   *   *11:47 (22.04.2018)

Ermənistan mətbuatında qoşunların təmas xəttinə yaxın ərazilərdə Azərbaycan Ordusunun guya canlı qüvvə və döyüş texnikasının aktiv hərəkəti barədə məlumat yayılıb.

Bununla bağlı virtualaz.org-un sorğusunu cavablandırarkən Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər ki, həmin məlumat yalan və təxribat xarakterlidir: "Son günlər Ermənistanda güclənən kütləvi xalq etirazlarından ictimaiyyətin diqqətini yayındırmaq məqsədilə kriminal hərbi-siyasi rejim bu cür çirkin yalan və təxribat xarakterli müxtəlif məlumatlar yayır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}